adalet.az header logo
  • Bakı 13°C
11 May 2013 00:29
66720
LAYİHƏ
A- A+

GÖYÇAY: ŞİRVANIN ARAN TACI

Kəndarası yolların qaydaya salınması istiqamətində tədbirlər görülür. Cəyirli, Qubadlı-şıxlı, Qızılabac, Şəkili, Kürdşaban və Yenikənd kəndlərini birləşdirən kəndlərarası yolun yenidənqurulması üçün layihə-smeta sənədləri hazırlanmış, tikinti işlərinin aparılması üçün podratçı təşkilatın müəyyən edilməsi üçün tender elan edilmişdir.

Şəhərin təmiz saxlanması, məişət tullantılarının vaxtında daşınması üçün müəyyən tədbirlər görülmüşdür.

Şəhərdə aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işlərində rayonun idarə, müəssisə və təşkilatları, yerli icra və bələdiyyə orqanları yüksək mütəşəkkillik göstərmişlər.

2013-cü ilin yanvar-mart aylarında fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 176 daimi iş yeri açılmışdır. Bütövlükdə 2003-2012-ci illərdə rayonda 9330 yeni iş yeri açılmışdır ki, bunun da 7918-i və ya 84,9 faizi daimi iş yerləridir.

Təhsil, səhiyyə

və mədəniyyət...

Rayonda təhsil, səhiyyə və mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, dövlət əsaslı vəsait qoyuluşu hesabına Ulaşlı-şıxlı kəndində 220 şagird yerlik tam orta, Şəkili kənd 80 şagird yerlik ümumi orta məktəblərin tikintisi başa çatdırılmışdır. Göyçay şəhərində 40 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Hazırda Müskürlü kəndində 180 yerlik, Qəbələ-Müskürlü və Alıkənd kəndlərində 80 yerlik məktəb binalarının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasına müvafiq sifariş verilmişdir.

Yaponiya hökumətinin dəstəyi ilə şəhər internat və 6 saylı tam orta məktəblərdə müasir normalara cavab verən sanitariya qovşaqlarının tikintisi aparılır.

Əhalinin sosial

müdafiəsi diqqət mərkəzində

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş əhalinin sosial problemlərinin həlli strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əsas sosial problemlərdən olan əmək pensiyalarının artırılması, əmək qabiliyyətini itirmiş şəxslərin sosial müdafiəsi, ailə başçısını itirmiş şəxslərin maddi vəziyyətlərinin yaxşılaşdırılması ölkə Prezidentinin daim diqqət mərkəzində olmuş, bu sahədə işləri təkmilləşdirmək üçün fərman və sərəncamlar verilmiş, Qanunlar qəbul edilmişdir.

Sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi istiqamətində əməli tədbirlər görülmüş, bu yardımla bağlı rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmiş 1465 ailəyə ünvanlı sosial yardım təyin olunmuşdur ki, onların da ailə üzvlərinin sayı 7180 nəfərdir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün əməli tədbirlər görülmüşdür. Hazırda bu kateqoriyadan olan 4379 nəfər müxtəlif sosial müavinətlər alırlar. 300-dən artıq ahıl, tək və kimsəsiz yaşayan vətəndaşlar mərkəzin sosial məişət xidmətindən istifadə edirlər.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində əmək, ailə başçısını itirməyə və əlilliyə görə pensiyalarının təyin olunmasında daha mütərəqqi üsullardan istifadə edilməklə bütün pensiyaçılar haqqında məlumatlar avtomatlaşdırılmış və baza məlumat sistemi yaradılmışdır.

Hazırda Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 20 mindən artıq yaxın hüquqi və fiziki şəxslər, mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslər fərdi qaydada uçota alınmış və onlara sosial sığorta şəhadətnamələrinin verilməsi təmin edilmişdir. 01 aprel 2013-cü il tarixə rayon üzrə 8944 nəfər qocalığa, 1284 nəfər ailə başçısını itirməyə və 3860 nəfər əlilliyə görə pensiya və müavinət alan şəxs vardır.

Vətəndaş müraciətlərinə həssaslıq

Rayon icra hakimiyyəti başçısı aparatı Azərbaycan Respublikası Prezidentinin "Vətəndaşların müraciətlərinə baxılması haqqında" müvafiq fərmanını rəhbər tutaraq əhalini narahat edən problem və çətinlikləri yerində öyrənmək və operativ həll etmək məqsədi ilə səyyar görüşlərin keçirilməsi praktikasından geniş istifadə etmişdir.

2013-cü ilin yanvar-mart aylarında rayon icra hakimiyyəti başçısının 12 səyyar qəbulu keçirilmişdir. Keçirilmiş görüşlərdə 1000 nəfərə yaxın vətəndaş iştirak etmiş, 98 nəfər çıxış edərək 65 müxtəlif xarakterli təklif, müraciət və şikayət söylənilmiş, yerli əhəmiyyətli sosial problemlər qaldırılmışdır.

Müraciətlər nümayəndəliklər üzrə ümumiləşdirilmiş, görüləcək hər bir işin icraçısı və konkret müddəti göstərilməklə tədbirlər planı tərtib edilmiş və icrasına aparıtın müvafiq şöbələri tərəfindən nəzarət təmin olunmuşdur. Keçirilmiş səyyar qəbullar haqqında operativ məlumatların müəyyən edilmiş müddətlərdə RİAİS sisteminə ötürülməsi təmin edilmişdir.

Məzahir Əhmədoğlu

Azərbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə