adalet.az header logo
  • Bakı 7°C
18 Oktyabr 2019 14:22
41299
DÜNYA
A- A+

Ruslar nə qədər azalıb? - STATİSTİKA

Rusiyanın Federal Statistika Xidməti 2019-cu ilin yanvar-avqust ayları üzrə demoqrafik hesabat yayıb. Novator.az xəbər verir ki, hesabata əsasən, 9 ayda ölkə əhalisi 52 min 500 nəfər azalıb.

Oktyabrın 1-nə Rusiyada 146,7 milyon vətəndaşın yaşadığı qeyd olunur.

Yanvar-avqust aylarında doğulan uşaqların sayının 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 78,1 min nəfərdən 994,3 min nəfərə endiyi vurğulanır.

Həmin dövrdə ölüm sayı 1 milyon 247,2 min nəfərdən 1 milyon 213,5 min nəfərə qədər azalıb.

Ölüm sayı doğum sayını 219,2 min nəfər üstələyib.