adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Yılmaz Özdil: Bu şəkil ona "Nankorluq medalı" olsun

YILMAZ ÖZDİL
72430 | 2019-10-18 17:34

Lefkoşa. Qumsal məhəlləsi.Dərəboyuküçəsi.

Nömrə 2.

Bir mərtəbəli,baxçalı ev.

Saat təxminən22:00 idi və hava sərin idi. Yeni il ərəfəsiydi.

**

Gecəninsükutunu uzaqdan gələn silah səsləri pozdu.

Mürüvvətxanım tez lampaları söndürdü. Hələ 10 aylıq olan Hakan qucağında yatırdı. Tezuşaqların otağına qaçıb dörd yaşlı Kutsini də digər əlinə aldı. Uşaqlarının ənböyüyü olan Muradı oyandırdı. 6 yaşlı Murad anasının gecə paltarından tutubotaqdan çıxdı.

Küçəlampasının işığı evdə hüznlü bir aura yaradırdı. Onlar barmaqlarının ucundahamama keçdilər və qucaqlaşıb bir küncə qısıldılar. Səsləri eşidilməsin deyədemək olar heç nəfəs də almırdılar.

Uşaqlaranalarını heç vaxt belə görməmişdilər deyə çox qorxmuşdular, amma nə başverdiyini anlamırdılar.

Dəhşətligözləyiş başladı.

Bir dəqiqə...İki dəqiqə... Üç dəqiqə...

Saniyələrəsrlər kimi uzanırdı.

Vəbirinci pəncərələr qırıldı. Ayaq səsləri eşidilməyə başladı. Vəhşi qışqırıqlarıeşidilirdi. Uşaqların ürəyi həyəcandan sürətlə döyünərkən hamamın qapısınıqırıb içəri girdilər.

OnlarEOKA yunanları idi.

Ana vəövladlarını heç rəhm etmədən öldürdülər.

33 atəş!

*

Bu "QanlıYeni il” gecəsi mürhum jurnalist Ömər Sami Coşar tərəfindən bir foto iləölümsüzləşdirilmişdi. Heç vaxt ağlımızdan çıxmayacaq o foto Kiprdə insanlığaqarşı edilmiş zülmü görməzdən gələn Qərbin üzünə şillə kimi dəydi.

EOKA (KiprlilərinMilli Mübarizə Təşkilatı) polkovnik Georgios Grivas tərəfindən qurulmuşdu. Bu təşkilatınməqsədi Kiprdəki türkləri qətl etmək idi.

**

Mürüvvətxanımı alnından vurmuşdular və bədənində ümumilikdə 8 güllə izi vardı. Muraddaüç, Kutsidə isə 2... Evin kişisi isə Türk Silahlı Ordusunda hərbiçi idi. O evdədeyildi, çünki həmin ərəfə 103 türk kəndinə hücum edilmişdi.

**

Onunbaşına ən böyük faciə gəlmişdi və o, övladlarının meyitlərini öz əlləri iləyumuşdu. 10 aylıq Hakanın bədənində güllə yarası yox idi. Hakan onu bərkdənqucaqlayan anasının altında qalaraq nəfəssizlikdən boğularaq ölmüşdü.

**

Bəssonra nə oldu?

Sonraoralara yunanlar məskunlaşıböz taborlarını qurdular. Girişinə də "Cəsursansa, gəlal!” yazdılar.

İndisəorada bir muzey açıblar. Barbarlıqmuzeyi. Unudulmasın deyə. "İnsan” olan unutmasın deyə.

**


Hə, indidə heç vaxt unutmamalı olanlara baxırıq...

Milli QəhramanımızRauf Denktaşın vəzifəsində əyləşən, Kipr Türk Respublikasının prezidentininaçıqlamasına baxın:

"1974-cüildə baş verənlər, biz adını Barış Hərəkatı qoysaq da, müharibə idi və axan qanidi. İndi də adını Barış Pınarı qoysaq da, yenə axan qandır”.

Deyirki, PKK ilə dialoqa girməliyik.

**

Beynimizəvə ruhumuza həkk olunmuş həmin fotonu "Nankorluq” medalı kimi Şimali Kipr Türk Respublikasınınprezidentinə verirəm.

Bilirəm,bu "medalı” çərçivələdib otağından asmayacaq, amma bəlkə beynindən asar!

YılmazÖzdil


Tərcüməetdi: Ulucay Akif

TƏQVİM / ARXİV