adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Saxta olan Şuşa üzüntüsümü, Qələbə sevincimi, yoxsa bizmi?

FƏRHAD ŞABANOV
56717 | 2013-05-11 00:28

1992-ci ilŞuşanın ermənilər tərəfindən işğal edilməsindən bu yana 21 il ötür. Bu dövr birigidin ömrünə bərabərdir. Bizi Şuşadan ayıran bir igidin ömrü olsa da, Şuşanınbizdən ayırdıqları yüzlərlə igidin ömrü idi. Və əksəriyyətinin yaşı elə"21" idi.

Vətəntorpağı uğrunda qanından, canından keçmək igidlikdir. Bizim şəhidlərimiz,qazilərimiz də bunu etdilər. "21" illik ömrü bir göz qırpımında vətənuğrunda fəda etdi şəhidlər. Ancaq biz 21 il ərzində, hər il yad etdik. Ancaqyad etdik.

BirAzərbaycan natamamlığının təzahürü burada da qarşımıza çıxır. Verdiklərimizqarşısında heç nə ala bilmədik. Biz hər şeyimizi itirdik. Yəni ki, həm Şuşanıitirdik, həm igidlərimizi.

Ötən"21" ildə bir nəsil formalaşdı. Hansı ki, işğal ediləntorpaqlarımızın hər il dönümündə Qarabağı yad edir. Facebookda və tvitterdəstatuslar paylaşaraq heç vaxt görmədiyi torpaqları unutmadığını dilə gətirir.

Bu yeninəslin vətənpərvərlik damarlarının qabardığı günlər məhz işğala, qətliama vəfaciəyə - sırayla Şuşa, Xocalı və 20 Yanvar - təsadüf edir. Məsələn, biz"Xocalının düşmən işğalından azadlıq günü" kimi hadisələri heç vaxtyaşamamışıq.

Bizə köhnənəsildən miras qalan elə işğaldı, qətliamdı, faciədi. Ona görə də hər birazərbaycanlının içində zincirlərindən qopmağa çalışan bir vətənpərvər ruh var.Bu vətənpərvər ruh özünü büruzə vermək üçün çırpınır, ancaq öyünüləcək birtərəfi olmadığını gördüyü an zincirlərini bərk-bərk qucaqlayıb yerinə oturur.Və düşünür müasir tariximizdə öyünə biləcəyimiz bir gün varmı?

Bir dəfə"Eurovision" mahnı müsabiqəsinin qalibi olduq, xalq töküldü küçələrəcamaata alt paltarlarındakı naxışları göstərdi. Bu heç kimin günahı deyil. Bizisevindirən günlər o qədər azdır ki, necə sevinəcəyimizi bilmirik. Biz xalqolaraq heç bir uğur əldə edə bilmədiyimiz kimi, xalq olaraq sevinə də bilmirik.Bizim uğurlarımız da fərdidir, sevinclərimiz də. Olimpiya oyunlarında medalqazanan tək-tük idmançılarımız kimi. Ona görə də Azərbaycan ilk dəfə"Eurovision" qalibi olanda sevinməyə çalışan insanlar sevinə bilmədi.Bilmədilər ki, ne etsinlər ki, ətrafındakıların diqqətini çəksinlər.Soyundular...

Yenə olənətli "21" rəqəmi... 21 il ərzində dünya tamamilə dəyişdi.Qavrayış, yaşayış, münasibətlər dəyişdi. 21 il öncə Azərbaycan xalqı itirdiyişəhidləri məzarı başında anırdı. 21 il sonra isə hərə bir status yazıb özöhdəliyini yerinə yetirir. Status yazmayanlar isə vətən xainidir. Azərbaycanxalqının kədər günü bütün azərbaycanlıları məhz sosial şəbəkələrdəkədərləndirməlidir... Facebookda, tvitterdə...

İndidostlarımızı itirdiyimizi də ilk olaraq facebookdan öyrənirik. İlk olaraqfacebookda dostluqdan silinir insan, sonra həyatdan... Dedim axı hər şeydəyişib. Dostluq, vətənpərvərlik, ideallaşdırdığımız hər şey. Dinlər dədəyişib. Təməlində sevgi, hüzur və şiddətə qarşı sıfır tolerans olan Buddizmbelə dəyişib. İndi buddistlər Myanmarda müsəlmanları qanlarına qaltan edərkənDalai Lama tvitterdə retvit dərdindədir.

Məhz 9 MayQələbə Günü olaraq qeyd etdiyimiz gün bizim vətənpərvərlik maskamızı çıxarıbbaşımıza çırpır. Və yalançı statusların arasında intihar edir, o zincirlərindənqopa bilməyən vətənpərvər ruhumuz...

FərhadŞabanov

[email protected]

TƏQVİM / ARXİV