adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Oktyabr 2019 10:56
11415
MƏMLƏKƏT
A- A+

Qaradağ və Xəzər rayonlarında qaz kəsiləcək

Bakıda iki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq.

Bu barədə "Azəriqaz” İstehalat Birliyindən verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, bu gün saat 10:00-dan başlamaqla Qaradağ rayonu, Bakı-Salyan şosesinin 70-ci km-də Bakı-Ələt yolunun sağ tərəfində yerləşən və Xəzər rayonu, Bakı-Mərdəkan-Qala yol ayırıcının cənub qərb hissəsində yerləşən yanacaq doldurma məntəqələri üçün çəkilmiş qaz xətləri mənbəyə birləşdiriləcək.

Bu müddət ərzində Qaradağ rayonu Ələt qəsəbəsi, Kötəl Şıxlar yaşayış massivi, Xəzər rayonu "Stansiya Qala” və Mərdəkan bağları yaşayış məntəqələrinin qaz təchizatında fasilələr yaranacaq.