ƏRİK AĞACI

FAİQ QİSMƏTOĞLU
50436 | 2013-05-11 00:27

...Səhəringözü açılanda Xalaoğlu Tərxan yatağından qalxdı və fikirləşdi ki, bu günqarovulçuluq elədiyi məktəbə daha tez getməlidi. Çünki dünəndən məktəbindirektoru Əvəz müəllim ona tapşırıq vermişdi ki, tənbəllik eləməsin və məktəbinhəyətində səliqə-səhman yaratsın. Xalaoğlu Tərxan qarovulçu olduğuna baxmayarq,həm də məktəbin təsərrüfat işlərinə də cavabdeh idi. Bilirdi ki, Əvəz müəllimirazı salmaq və məktəbdə səliqə-səhman yaratmaq ondan çox şey tələb eləyir: axşamdan məktəbdəqarovulçuluq eləsə də, səhər yenə hər şeyə göz qoyar, nəyin yerindəolub-olmadığını dəqiqləşdirərdi...

Bu dəfəXalaoğlu Tərxanın bəxti heç gətirmədi. Çünkigecə saatlarında kimlərsə məktəbin həyətinə daxil olmuş və həyətdəkiərik ağaclarının budaqlarındakı əriyi yığmış, üstəlik də iri budaqları sındırıbyerə atmışdılar. Xalaoğlu Tərxan iri budaqları yerdə görəndə canına üşütmədüşdü. Bir istədi tez həmin budaqları götürüb məktəbin həyətindən uzaq bir yerətullasın, ancaq bu fikrindən tez də daşındı. Ağacın budağını sındıranın yeddi arxa dönənini yuyub sərdi.Elə bu vaxtı məktəbin direktoru həyətə girdi. Gözünə ilk sataşan da iri ərikağacının qırılmış budağı idi.

Əvəzmüəllimin qaşları çatıldı və sifətində zəhimli bir görkəm yarandı. XalaoğluTərxan Əvəz müəllimi belə vəziyyətdə çox az görərdi. Bildi ki, Əvəz müəllimdişinin dibindən çıxanı ona deyəcək. Əvəz müəllim bir də Xalaoğlu Tərxanadiqqətlə baxdı. Xalaoğlu Tərxan yenə sarısını uddu. Əvəz müəllim qəzəbli haldadilləndi:

- Sənə buyekəlikdə məktəbi etibar eləmişik, sən də gecədən elə yatırsan ki, elə bir ayıqış yuxusuna getmisən. Ay rəhmətliyin oğlu, görmürsən ki, məktəbin həyətindəkiərik ağaclarını nə günə qoyublar?! Bəs sən bir ətək pul alırsan, burnundangəlməz, həmin pullar sənin?!

Heç kəsƏvəz müəllimin sözünü qaytara bilməzdi. Yəni bir kimsənin Əvəz müəllim dediyisözü bu qulağından alıb, o qulağındanverməyə cəsarəti çatmazdı və kimin ağzı nəydi ki. Əvəz müəllimin birsözünü iki eləyəydi.

XalaoğluTərxan:

- Ay Əvəzmüəllim, vallah, hər gecə üç-dörd saat elə bu ərik ağaclarının arası iləgəzirəm. Bir şıqqıltı olan kimi, o dəqiqə şübhələnirəm və bilirəm ki, əriyinbaşında kimsə var. Keçən dəfə ərik ağacında axşam saatlarında Təvəkkülün oğluŞiraslanı tutmuşdum. Deyəsən, elə bu dəfə də o köpəkoğlu ağacın budaqlarınısındırıb...

Əvəzmüəllim yenidən tərs-tərs XalaoğluTərxana baxdı və son sözünü dedi:

- Bilmirəm,ərik ağacının budaqlarını kim sındırıbsa, onu tap, yanıma gətir! Əgər bilsəmki, onu kim sındırıb, dədəsini dalına şəlləyəcəm!..

Əvəzmüəllim əsəbi halda öz kabinetinə getdi. Xalaoğlu Tərxansa həmin gündən canınıqoymağa yer tapmadı. Yaxşı bilirdi ki, Əvəz müəllim bir adama tapşırıq verəndəonu axıra qədər nəzarətdə saxlayır: görsün həmin tapşırığı yerinə yetirdilər,ya yox?!

Düz beşgecə səhərə qədər Xalaoğlu Tərxan yatmadı. Elə axşam düşəndən səhər açılanaqədər xəlvət bir yerə çəkilib ərik oğurluğuna gələn adamı tutmaq istəyirdi.Dördüncü günü də bir şey çıxmadı. Beşinci günü Xalaoğlu Tərxanın ürəyinədammışdı ki, mütləq oğrular bu axşam gələcək. Heç ərik oğruluğuna gələnlər dəelə peşəkar oğrular deyildi.

Hissolunurdu ki, o adamlar məktəb yaşlı uşaqlardı. Çünki əriyi yeyirdilər, bir neçəbudağını sındırırdılar. Sanki budağı sındıranda bu uşaqlar ləzzət alırdılar.Daha çox fikirləşirdilər ki, onları döyüb-incidən Əvəz müəllimdən qisasalırlar. Heç bir şagird nə qədər döyülsə də, Əvəz müəllimə deyə bilməzdi ki,məni niyə döyürsən?! Bəziləri məktəbin pəncərəsin sındırmaqla, bəziləri isə həyətdəkiərik ağacının budaqlarını qırmaqla sanki Əvəz müəllimi hövsələdən çıxarmaqistəyirdilər. Əvəz müəllim həddindən artıq savadlı və tələbkar direktor idi.Hətta ondan nəinki şagirdlər, müəllimlər belə çəkinərdilər. Bilirdilər ki, Əvəzmüəllimi heç vaxt sındırmaq olmaz! Və onun sözünün qabağında söz oynatmaq damümkün deyil...

O, qışgünündə paltosunu çiyninə atardı, yayda da pencəyini. Və sonra da həmmüəllimləri, həm də şagirdləri möhkəm-möhkəm sıxışdırardı. Şagirdlər dərsəgəlməyəndə, müəllimlər də dərsi zəif keçəndə mütləq paylarınıalmalıydılar: Əvəz müəllim ən azındanonları danlamalıydı! Əvəz müəllmin danlamağı elə bir danlamaq idi ki, adam odünyanı görüb gəlirdi. Bəzən də pambıq kimi yumşaq əliylə dəcəllik eləyənuşaqların sifətindən möhkəm bir şillə ilişdirərdi. O möhkəm bir şillə isə heçkimin yadından məktəbi bitirənə qədər çıxmazdı. Hətta məktəbi bitirəndən sonrada o şillənin səsi adamın qulağında səslənirdi.

XalaoğluTərxan and içdi ki, mütləq bu axşam ərik ağacının budaqlarını sındıran adamlarıtutacaq. Gecə saat 3-ün yarısında Xalaoğlu Tərxan otluqda sakitcə uzanmışdı.Elə bu vaxtı iki yeniyetmənin səsi gəldi. Onlardan biri dedi:

- AyŞiraslan, Xalaoğlu Tərxan çoxdan yuxuya gedib. İndi xor-xor xoruldayır. Zalımoğlu yatanda elə xoruldayır ki, elə bir div yatıb. Bir də heç Xalaoğlu Tərxanınqulağı da yaxşı eşitmir. Hay-hayı gedib, vay-vayı qalıb...

Şiraslanınyaxın dostu Firqət idi. Çünki o həmişə məktəbin həyətinə ərik yığmağa Firqətləgəlirdi. Hər ikisi həddindən artıq dəcəl uşaqlar idi. Və ipə-sapa yatmırdılar.Firqət diqqətlə Şiraslanı dinlədi. Sonra da əli ilə işarə edərək bildirdi:

- Onsuz dabiz oğurluq eləmirik ki?! Ürəyimiz ərik istəyir, gəlib məktəbimizin həyətindəkiərikdən yığırıq. Amma bir az insafsızlıq eləyirik. Əriyi yığanda budağı dasındırırıq. O günü Əvəz müəllim Xalaoğlu Tərxana bərk hirslənib deyib ki, ərikoğrularını tapsın. Tapsa o oğruların dədəsini dalına şəlləyəcək.

Hər ikisiyavaş-yavaş iri bir ərik ağacına yaxınlaşdı. Altdan yuxarı bir daha ərikağacının budaqlarında saralmış əriklərə baxdılar. Şiraslan Firqətə göz elədi:

- Qalxdıq!

Və bir gözqırpımında hər ikisi ərik ağacının başına dırmaşdı. Bir neçə ərik dərmişdilərki, Xalaoğlu Tərxanın səsini eşitdilər:

-Köpəkuşağı, hər ikinizi tanıdım: biri Təvəkkülün oğlu Şiraslandı, biri dəFirqət. Elə eləməyin ki, bu qoşa lülə tüfənglə sizi quş kimi vurub salım yerə.Hər ikiniz ağacdan düşün!

Şiraslanda, Firqət də qorxlarından ağappaq oldular. Və yavaş-yavaş ərik ağacınınbaşından yerə endilər. Bir istədilər dabanlarına tüpürüb qaçsınlar, amma tez dəbu fikirdən daşındılar. Elə ən yaxşı çıxış yolunu xalaoğlu Tərxana yalvarmaqdagördülər:

- Ay Tərxandayı, bir qələtdi eləmişik, burax çıxıb gedək. Bir də Allaha and olsun, oğurluğa gəlməyəcəyik!..

XalaoğluTərxan:

- Ay uşaq,siz nə danışırsınız?! Əvəz müəllim düz bir həftədir mənə gün verib, işıqvermir. Dişinin dibindən çıxanı deyir. İndisizi buraxım, siz də gedəsiniz, sabah da Əvəz müəllim bilsin, o ki varməni söysün?! Durun, düşün qabağıma, aparıb sizi salajam sinif otaqlarındanbirinə. Sonra Əvəz müəllim gələr, istəsə buraxar, istəsə saxlayar...

XalaoğluTərxan hər ikisini gətirib qapı-pəncərəsi möhkəm olan sinif otaqlarından birinəsaldı, sonra da qapını kilidlə bağladı. Şiraslan da, Firqət də nə qədərqışqırsalar və yalvarsalar da Xalaoğlu Tərxan onları buraxmadı ki, buraxmadı.

Səhəraçılanda Əvəz müəllimin otağına getdi. Gördü ki, Əvəz müəllimin qanı yenəqaradı. Əvəz müəllim Xalaoğlu Tərxanı görəndə, soruşdu:

- Nouldu,oğruları tutdun?!

- Bəli,Əvəz müəllim! Axşam saat 3-də ikisini də yaxaladım: biri Təvəkkülün oğluŞiraslandı, biri də Firqət. Onları sinif otaqlarından birində saxlayıram,ağızlarını da bağlamışam.

- Get,gətir yanıma...

XalaoğluTərxan sinif otağının qapısını açdı və hər ikisini qabağına qatıb Əvəzmüəllimin yanına gətirdi. Əvəz müəllimin kabninetində ayaq üstə duran Şiraslan və Firqət qorxularındantir-tir titrəyirdilər. Əvəz müəllimaşağıdan yuxarı onlara diqqətlə baxdı və sonra da dedi:

- Bala,qudurmusunuz?! İndi də məktəbin həyətindən oğurluq eləyirsiniz?! Ərik yeməkistəyirsiniz, günün günorta çağı gedin, selbə atın, budaqdan ərik düşsün siz dəyeyin. İndi mən sizə elə bir dərs verəcəm ki, dədənizin toyu yadınıza düşsün...

Əvəzmüəllim onlara yaxınlaşıb hər ikisinin sifətinə ardıcıl olaraq üç-dörd şilləçəkdi. Şillə elə dəydi ki, elə bil onların sifətlərindən od qalxdı vəyalvarmağa başladılar:

- Qələteləmişik, Əvəz müəllim, bir də belə iş görmərik...

Əvəzmüəllim əsəbi halda:

- Qələteləmək azdı, siz başınızı daşa döymüsünüz, iki gün hər ikinizi o sinif otağındaac-susuz saxlatdıracam və onda bilərsiniz ki, oğurluq nə deməkdir.

Düzdür,Əvəz müəllim onları iki gün sinif otağında saxlatdırmadı, amma onlara iki saatelə bir dərs verdi ki, çətin ki, bir dəo onlar bu uşaqların yadından çıxsın. O iki saatda hər gələn müəllim həmŞiraslanın, həm də Firqətin üzünə tüpürür və bir şillə ilişdiridi."Dərsləri" veriləndən sonra onlar direktorun otağındanburaxıldılar...

Məktəbdə buhadisədən sonra heç bir uşaq cəsarət edib axşam saatlarında ərik ağacınınbudaqlarını sındırmadılar. Hətta Şirsalan və Firqətdə o işdən vaz keçmişdilər.Başqaları gündüzlər ərik ağacının dibinə küləyin vurub saldığı ərikləri yesələrdə, Əvəz müəllimin qorxusundan nə Şiraslan, nə də Firqət bir daha o tərəfəgetmirdi.

XalaoğluTərxansa rahat nəfəs alır və gecələr də məktəbdə sakitcə yatırdı. Fikirləşirdiki, məktəbin həyətinə o uşaqlardan savayı heç kim oğurluğa gəlməz. Səhərsaatlarında yuxudan qalxan Xalaoğlu Tərxan özünü gümrah hiss eləyər və radionundüyməsini basıb işlədər, tez-tez də Qədiq Rüstəmovun valını qoyaraq, "Sonabülbüllər"i dinləyərdi. Çünki Xalaoğlu Tərxan uşaqlıqdan muğamatınölüsüydü. Qədir Rüstəmovun "Sona bülbülləri"ni dinləyəndə isə elə biltəzədən cavanlaşar və yeni bir yaz səhəri onun üzünə açılardı...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV