adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Oktyabr 2019 10:26
20880
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: GÜNÜMÜN GERCƏKLİYİ

Qapımı sübhdən kəsən
Dərd diləyə gəlibdi...
Qoymayıb soruşum ki,-
Bilim , nəyə gəlibdi?!

Günüm ayla barışıb,
Qəm canıma darışıb...
Üstəlik də qarışıb -
O, küləyə gəlibdi...

Kipriyimdən od çaxıb
Od yandırıb, od yaxıb...
Bəlkə də mənə baxıb -
Lap gülməyə gəlibdi!!

Cavabsız çox çağrı var
Dərdin də öz sağrı var!
Çək Əbülfət, ağrılar -
Çək, ürəyə gəlibdi!