Qara daşlargöyərmir...
Uşaqyaşlarımda həmişə böyüklərə həsəd aparırdım. İçimdən elə tez böyümək gəlibkeçirdi ki! Elə istəyirdim ki, tez böyüyəm, məktəbə gedəm, iş - güc sahibiolam. Amma nə tez böyüyürdüm, nə məktəbə gedirdim, nə iş - güc sahibi olurdum.Çünki mən uşaq idim və istədiklərimin də heç birini əldə etmək gücündədeyildim. İstədiklərim də qısa bir vaxtda mümkün olan iş deyildi. Bunu çox gecanladım. Və anlayanda da artıq uşaqlıqgeridə qalmışdı. İndi isə əksinə fikirləşirəm. Tamam fərqli bir arzununiçərisində, bir istəyin qoynundaçabalaya - çabalaya qalmışam. Elə istəyirəm uşaq olam...
Eləistəyirəm uşaq olam!
Yuxudananamın təbəssümü oyatsın məni. Durmaq istəməyəndə üstümdən yorğanı çəkibatsınlar, üzümə soyuq su çiləsinlər. Sonra durub həyətə qaçım, sonra anam yenəçağırsın, buz kimi su ilə əl-üzümü yuyum, anamın qarışdırdığı şirin çayı pendirdürməyi ilə ləzzətlə yeyim. Sonra məhləyə, uşaqların yanına , sonra qoyun -quzunun dalınca qaçım, sonra başlayım böyüməyə, məktəbə gedim, "ana"yazmağı öyrənim. Bu yazdığımı da sevinə - sevinə anama göstərim. Bir təşərlikləyaşımdan çox böyük bir şəkildə - bax, bura "ana" yazmışam! - deyim, oda gülümsəsin. Başımı sinəsinə sıxsın. Mən onun ürəyinin necə çırpındığınıeşidim. O ürək çırpıntılarına qulaq asa - asa necə böyüyəcəyimi, anama necəoğul olacağımı, onu necə saxlayacağımı, qulluğunda necə duracağımı, illah daonu necə qoruyacağımı düşünüm.
Təəssüf ki,uşaqlıqda tez böyümək istəyim çin olmadığı kimi, indi də uşaq olmaq istəyimmümkünsüzdü. Görəsən bütün insanlar belədi? İnanmıram. Çünki hamı eyni şeyieyni güclə istəsə, bəlkə Allah rəhm edib, nəsə eləyər. Görünür hamı beləistəmir. Axı hamının uşaqlığı, hamının həyatı eyni cür olmayıb. Biri uşaqlıqdazülm çəkib, dünyanı dərk edəndə "yağ içində böyrək kimi" yaşayıb. Obiri uşaqlıqda xoşbəxt olub, böyüyəndə dərd daşıyıb. Üçüncüsü tamam fərqli,qarmaqarışıq bir həyatı, yaşamı özünəömürlük edib. Ona görə də bu dünya da oturuşub, elə insanlar da ,qocalıq da...
Bilmirəmnədəndi, gözümlə görüb, əlimlə toxunduğumu ertəsi gün daha ürəkdən, dahahəvəslə, daha böyük coşquyla görmək istəyəndə ya yerində görmürəm, ya da toxunabilmirəm. Elə bil hər şey bir andı mənimçün. O bir anın içində yaşamağım davar, yanmağım da. O bir anın içində dünyanın suallarıyla çarpışmağım da var,cavabların içində itib - batmağım da. Bax bütün bunların dəmirçi zindanı kimiağır yükü altında özüm özümü bir küncə sıxıb, divara çırpmaq istəyirəm, boğuböldürmək istəyirəm. İstəyirəm içimdəki gerçəkləşməyən arzuların caynağındanözümü qurtarım. Gücsüzlüyümü etiraf edim. Axı deyirlər etiraf böyüklükdü...
Etiraf edimki, tez böyüməsəm də, böyüdüm. Ammaanamın sinəsinə sığınıb, ürəyinin səsini dinləyərkən özlüyümdə qəbul etdiyimqərarlara əməl edə bilmədim, qoruya bilmədim anamı. Özünü qoruya bilmədiyimkimi, qabarlı əliynən, yuxusuz gecəsiynən isitdiyi ocağını da qoruya bilmədim.Nəfəsi hopan daş - divar gözümün qarşısında düşmən əli ilə yandırılıb, bir topakülə çevrildi. Heç o küllüyə də sahib çıxa bilmədim. Neyniyim, mən də beləoğulam də...
Düşünməyinki, gücsüzlüyümü sığortalamaq istəyirəm, yox. Sadəcə, indi içimdə çox qəribəbir mühit yaranıb. Elə bir mühit ki, orada heç nə böyüyə bilməz, heç nə göyərəbilməz. Ən yaxşı halda hər şey daşlaşa bilər. Məni qorxudan da o daşlaşmadı.Qorxuram ki, ürəyim də daşlaşa, yaddaşım da. Və bu dünyada göyərməyən qara daşaçevrilə. Məhz o qara daş qorxusu indi mənim düşüncəmə hakim kəsilib.
Sizlərideyə bilmərəm, mən ürəyimə dolan, ürəyimdə kök atan hər şeyin göyərməsiniistəyirəm. Elə dərdlərimin də. Göyərən dərdin barı deyirlər lap acı olur,olsun! Onu da qəbul edirəm. Çünki o, mənim dərdimin barıdı. Şair dostlarımdanbiri yazmışdı ki, dərdimin qanadları var. Qəbul edirəm, çünki mən dərdinayaqlarının da olduğuna inanıram, dərdin toxumunun da, barının da olduğunainanıram. Məhz bu səbəbdən barını gözlədiyim həmin o dərdin nə yaşıylamaraqlanıram, nə də yaşamıyla. Çünki onun yaşı ürəyimin yaşı, yaşamı daürəyimin yaşamıdı. Sadəcə mən yaddaşımın gücünə söykənib, xatırladığım,yaşatdığım hər şeyin üstünə gün işığının düşməsini istəyirəm, çətir tutulmasınıyox.
Yanaqlarınöpdüyüm
Çiçəkbükülür, gülüm.
Kirpiklərimdənqopub
Çiçəktökülür, gülüm
Yaddaşımınüstünə...
Bir çən,bir az da duman
Tül təkçəkilir, gülüm
Həmtərəddüd, həm güman
Gül təkəkilir, gülüm
Yaddaşımınüstünə...
Bir ipucu,bir düyün,
Kələfçözülür, gülüm.
Olub -keçənlər hər gün
Söz - sözyazılır, gülüm
Yaddaşımınüstünə...
***
Hər gün birtəqvim vərəqidi. Hər təqvim vərəqi özü də ömrün bir anıdı. Təbii ki, vərəqlərdə çoxdu, anlar da. Amma söhbət yaşananlardan gedir. Mən bir gündə üç xəbəreşitdim. Xəbərlərin ünvanı fərqli olsa da, məzmunu, mahiyyəti eyni idi.Doğulduğum kənddən didərgin düşmüş və aralarında kifayət qədər böyük yaş fərqiolan üç nəfər həmkəndlim Bakının ayrı - ayrı guşələrində eyni gündə dünyalarınıdəyişmişdilər. Müxtəlif illərdə doğulub, müxtəlif həyat yolları keçən, fərqlisevinc, kədər yaşayan üç nəfər sonda eyni bir günü, eyni bir yazını bölüşdü.Çox qəribədi, bir kənd atəşkəs dövründə, özü də ölkənin paytaxtında üç sakininiitirdi, amma o kəndin bu itkidən xəbəri yoxdu. Çünki o kənd özü öz canınınhayındadı. Özü qələbə gününü qeyd edən, qələbə nəğmələri oxuyan düşmənin Şuşasevincini yaşayır, daha doğrusu yaşamağa məcbur edilir. O kənd elə bil ki,ayaqyalın odun üstündə gəzir. O kəndi qınamağa mənim, ümumiyyətlə, heç kiminhaqqı yoxdu. Od üstündə biz gəzməli olduğumuz halda, o kənd yaşayır bu aqibəti. Biz Bakıda, eləcə dədigər top - tüfəng səsindən uzaqlarda, o kəndin adını yeni doğulan övladlarınrəsmi sənədində qeyd edirik. Sanki bu yalançı bacarığımızla o kəndi yaşadırıq.Amma bilmirik ki, biz əslində ayaq üstə gəzən, yeriyən, iş görən, çörək yeyib,su içən kütlənin bir hissəsiyik. Biz o kəndin havasını, suyunu, nemətləriniqanına hopdurub, canında yaşadan adamlar deyilik. Biz o kəndçilikdən çıxmışıq.Biz indi mərtəbələrinin sayını günbəgün artıran şəhərlilərə çevrilmişik. Bizitorpaqdan ayırıb, dibçəklərə yerləşdiriblər. Kobud desəm, biz yaşamırıq, bizmövcuduq. Ona görə də bir gündə, bir kəndin üç nəfər müxtəlif yaşlı sakininiitirməsi heç kimə təəccüblü gəlmir. Axı dibçəkdə olanlar bir göz qırpımındaquruya bilirlər. Mən bunun canlı şahidiyəm. İş otağımdakı güllərə nə qədərqulluq etsəm də, onlar kəndimdəki həyətdə çəpər dibində öz-özündən bitmiş adisalxım söyüd qədər də nə dözüm nümayiş etdirə bilirlər, nə təravət, nə dəgözəllik. Bu dibçəkləri fonoqramlara bənzədirəm. Bilmirəm niyə?
Bir bulaqda gözsüz qaldı
Çağlamaqdüşmədi ona.
Oturubmənim dərdimi
Ağlamaqdüşmədi ona...
Vurulub özüözünə
Baxmayıbsönən közünə!
Ümidin şairsözünə
Bağlamaqdüşmədi ona
Batmır tay,gülə, ətirə
Kimi var,gəlib, gətirə!
Yaddaşdaqəmli xatirə
Saxlamaqdüşmədi ona...
***
Yazınınəvvəlində uşaq vaxtı tez böyümək istəyimi, indisə uşaqlığa qayıtmaq arzumu diləgətirmişdim. Sonra kəndimizin bir gündə üç dinc sakinini itirdiyini o istəyiminardınca kağıza köçürdüm. Sonra dayanıb, bu ardıcıl iki cümləyə diqqət yetirdimvə mənə elə gəldi ki, burada həm gözlə görünən, həm də görünməyən bir bağlılıqvar. Çünki o adamlar da, mənim kimi uşaq olmuşdular, o adamlar da böyüməkistəmişdilər. Yəqin ki, onlar da yenidən uşaqlığa qayıtmaq arzusunda olublar.Və sonda onlar arzularının çin olacağı bir məkanı eyni gündə seçiblər. Axıdeyilənlərə görə Tanrı dərgahında hamı həmişə eyni yaşda olur, hamı bacardığıişin qulpundan tutur, heç kim xəstələnmir, ölmür. Hamı o dərgahda heç həsrət dəçəkmir. Çünki onun üzünə bütün qapılar açıqdı. O, bütün sərhədləri keçə bilir.O istədiyi vaxt Şuşaya enə bilər, İsa bulağından su içər, Qədirin, İslamınsəsini dinləyər, Tuğ kəndinin boynubükük bənövşələrini qoxlayar, Xarı bülbülünyaralı sinəsini sarıyar.
Bax, mənimbir-birinin ardınca düzdüyüm həmin birinci iki cümlə təkcə fikir baxımındanyox, həm də gerçəklik baxımından bir- birini tamamlayır, bir- birinin içindəngəlib keçir...
Mən dəgedirəm. Hələlik bu adam dolu şəhərdə hamının görmədiyi və yaxud görməkistəmədiyi bir insan kimi. Gedirəm dərdlərimlə bir yerdə, ağrıyan ürəyimlə biryerdə, xatirələrimlə bir yerdə. Mən özümdən qabaqda gedənləri görürəm. Sürətimiartırırıam ki, onlara çatım.
Amma hissetmirəm ki, öndə gedənlərə çatanda, arxamca gələnlər məni itirəcək. Bəlkə dəbu, məni itirənlər üçün heç nədi. Çünki insan itirməyə tez alışır. Amma mənitirməyə alışa bilmirəm. Ona görə də qorxuram. Həyatımın ən böyük qorxusu məhzitirməkdi! Bir də itirəcəyini, gözlədiyinin gəlməyəcəyini bilə - bilə oturubgözləməkdi. Görəsən may ayının birinci on günündə bu qarmaqarışıq dünyada bizimitkilərimizlə heç olmasa, könül təması qurmağımız, xəyali gəzintilərkeçirməyimiz çoxmu çətindi? Yoxsa, xatirələrin cəngində ağrımaqdanqorxuruq.
mən indi
inandım ki,
dünyada
ən zülüm iş
ayrılıq
nə də ölüm-
bunların
heç birideyilmiş...
əksinə,
onlardan dabetəri
gələcəyinə
ümidbağlayıb,
özünü
tikan üstəsaxlayıb
yolgözləməkmiş...
hərəkətsiz-
gediş -gəlişsiz
bir yol...
bacarırsansa,sağ ol!..
ƏbülfətMƏDƏTOĞLU