adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
18 Oktyabr 2019 10:13
31464
DÜNYA
A- A+

Terrorçular İran ərazisindən Türkiyəyə atəş açıblar, ölən və yaralanan var

Terrorçular İran ərazisindən Türkiyənin Van əyalətinin Çaldıran rayonunu atəşə tutublar.

"Report” "Sabah”a istinadən xəbər verir ki, nəticədə bölgədə patrul xidməti çəkən 1 hərbçi şəhid olub, 2-si yaralanıb.

Yaralılar Van dövlət xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerində əməliyyat aparılır.