Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!”
"Bu gün oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür, hamımızn bayramıdır! Xalqımızın bu günü bayram kimi qeyd etməyə böyük haqqı var . Müstəqilliyi qazanmaq elə də asan olmadı”.
Bu sözləriAzərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov deyib. O bildirib ki,müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi.
"Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı dayandırdı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi”.
F.Heydərov deyib ki, Bu gün bütövlükdə, ölkəmizin inkişafı göz qabağındadır.
Mən rəhbəri olduğum Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından xalqımızı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edir, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edənlərə Allahdan rəhmət diləyir, xalqımıza ölkəmizinin gələcəyi, inkişafı naminə gördüyü işlərdə uğur və nailiyyət arzulayıram!
Arzu edirəm ki, tezliklə Qarabağda da belə bayramları qeyd edək!”(modern.az)