adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Oktyabr 2019 09:14
44009
İDMAN
A- A+

"El-Klassiko" Barselonadakı çaxnaşmalara görə təxirə salındı

İspaniya La Liqasında X turun"Barselona” – "Real Madrid”matçı təxirə salınıb.

"Cadena Ser”xəbərverir ki, Kataloniyanın paytaxtındakı etiraz və çaxnaşmalar səbəbindən oyun oktyabrın 26-dan dekabrın 18-nə keçirilib.

Bu barədə qərarı ötən axşam yarışların keçirilməsi üzrə komitə qəbul edib. Görüşün başlama saatı yaxın vaxtlarda müəyyənləşəcək.

Daha əvvəl klublar ev-qonaq oyunlarının yerdəyişməsi haqda razılığa gələ bilməyiblər.

Hazırda "Real"18xalla turnir cədvəlində 1-ci yeri tutur, "Barselona” isə 16xalla 2-ci pillədədir.