adalet.az header logo
  • Bakı 18°C

24 saatlıq kədər limiti

XURAMAN HÜSEYNZADƏ
46037 | 2013-05-11 00:26

Ümumxalqkədərimizin bir atımlıq barıtı varmış: saat 00.00-dan 00.00-a qədər. Yəni 24saat. Müstəqillikdən üzü bəri yaşadığımız milli faciələrin kədəri yalnızildönümlərində yada düşür və cəmi 24 saat çəkir. 24 saatlıq kədər limitimizbaşa çatan kimi yenə də əvvəlki halımıza qayıdırıq-dönüb oluruq çal-çağır əhli.Lap Kafkanın "Çevrilmə"sindəki tısbağanın halını xatırladım.İçimizdəki eybəcərliklər zühur edir və bizi kef-damaq əhlinə döndərir sanki...

Biziözümüzdən çıxarıb başqa adama döndərən isə... əlbəttə ki, evimizə soxulanteleviziyalardır. Biz ki, belə deyildik!.. Onlar ön planda bizə sırıdıqlarınınhesabına arxa planda pul qazanmaqla məşğuldular, bizsə əsəb keçirməklə.

Məsələn,bir zamanın uşaqlarından soruşanda ki, böyüyəndə kim olmaq istərdin, cavabverirdilər ki, həkim, müəllim, mühəndis... İndinin uşaqları Nadir Qafarzadəyə,Rəqsanəyə oxşamaq istəyir. Səbəblər bəlli-maddi rifah. İndinin uşağı görür ki,müəllimi nimdaş paltarda dərsə gəlir, az qalır əl açıb dilənə. Mühəndisin uşağısüpürgəpulu tapıb verə bilmir və s. və i. a. Uşaqlar televizorda müəllimin necəböyük bir varlıq olduğunu seyr edə bilmir. Bütün gün müğənniləri görür. Omüğənnini ki, ziyalının da əvəzindən danışdırılır, müəllimin də, həkimin də.Polemikalara da bunlar cəlb edilir. Uşaqların təlim-tərbiyəsi haqda pedaqoqrəylərini dinləmək əvəzinə Nuranın uşağının bahalı bağçalarda ərköyünlükeləməsini eşidirik...

Televiziyalarınsiması olan universal müğənnilərin, şou əhlinin işi tək bununla bitmir. Onlarovqatımızın ən yaxşı ifadəçisidir. Məsələn, 8 may-Şuşanın işğal günü üzlərinəqəmgin ifadə verib, qara yaylıqda vətən həsrətli mahnılar oxuyan bunlar cəmi 24saatdan sonra lalə qırmızısı, allı-güllü geyib əndamlarını əsdirə-əsdirə şən,şaqraq musiqilər ifa edirlər. Ömür boyu əlinə silah almayan kişi müğənnilərmüharibənin od-alovundan keçmiş oğullara vətənpərvərlik dərsi keçirlər.

Amerikaaktyoru Qrouço Marks deyir: "Televizor çox maarifləndiricidir. Nə vaxtbiri televizoru açsa, digər otağa keçib kitab oxuyuram". Görünür,televiziyaların işi elə bu cür "maarifləndirməkdən" ibarətdir. Sizibilmirəm, mən də Marks kimi maariflənənlərdənəm...

XuramanHüseynzadə

[email protected]

TƏQVİM / ARXİV