Yoxsulluqla, yoxsa yoxsullarla mübarizə günü? - Eminquey yazır

EMİNQUEY AKİF
51070 | 2019-10-17 17:36

Kasıbların da günüolur, adə? Biz günüqaraların günü varsa, təqvimdə qaralayın və !

Hamının günü var.Homoseksualların, QİÇS xəstələrinin, qaçqınların, qadınların, kişilərin, birsözlə, məmə deyəndən pəpə deyənə kimi hamının və hər şeyin.

Elə bunu demişdimki, nə görsəm yaxşıdı? Sən demə, BMT bizi adam yerinə qoyubmuş. 17 oktyabr - DünyaYoxsulluqla Mübarizə günüymüş. Demək ki, yoxsulların ah-naləsi artıq dünyada daeşidilirmiş.

Özü də sayımız da azdeyil. Dünyada bizim kimi 1,3 milyard yoxsul var. Yəni dünyanın 23 faizi bizlərdəndir.Cəmi sayımızın yarısı 18 yaşdan aşağı, üçdə biri isə 10 yaşdan aşağıdır. Bu sizənəyisə ifadə edirmi?

Hansı mübarizə? Necəmübarizə? Bilmirəm, bu yoxsulluq faizini aşağı salmaq üçün nə ediblər, amma biziməlahəzrət Dünya Bankı deyir ki, dünyada yoxsulluğun səviyyəsi 2015-ci ildə yüzdə11 faizdən yüzdə 10 faizə qədər düşüb. Çox böyük göstəricidir bu 1 faiz. Çoxgüman ki, o 1 faizin aşağı düşməsinə də səbəb elə yoxsulların qırılıb ölməsidir.

Söhbəti bir az rəqəmsallaşdırımmı?Ən yoxsul ölkələr sırasında birincilikLiberiyanın əlindədir. Liberiyada adambaşına illik gəlir 710 dollardır.Qalan yerləri isə sırayla Orta Afrika Respublikası (870 dollar), Nigeriya (990dollar), Malaviya (1180 dollar), Mozambik (1200 dollar), Sierra Lion (1480dollar), Madaqaskar (1510 dollar) və Komor adaları (1570 dollar) bölüşürlər.

Deyirəm, əccəb işədüşmüşük də. Afrika var deyə, yoxsulluq siyahısının başında onlar gedirlər.

Yeməyə çörəktapmayan adamların sayı 820 milyondur, yəni 9 adamdan biri aclıqla mübarizəaparır. Sən demə, dünya da yoxsulluqla mübarizə aparırmış.

Bütün bu rəqəmlərioxuyandan sonra mənim də qarnım quruldamağa başladı. Heyf ki, o qədər də böyükmillət deyilik. Yəni sayımız dünyada çox şeyi dəyişə bilmir. Bu statistik göstəriciləriniçində yer almırıq. Guya bizdə yoxsul yoxdu?

Hər nədirsə, bu günmünasibətilə bütün yoxsullarımızı təbrik edirəm. Sevinin ki, dünyada gün görməsəkdə, yada düşəcəyimiz bir günümüz var. Çox sağ ol, BMT! Bu Mərifətə görə Təşəkkür!

Amma əzizim BMT,yoxsulların günü olmur, qədeş, bizimçün ilin 12 ayı, 365 günü, yoxsulluqgünüdür. Bircə dörd ildən bir sevinirik, o da fevral ayı 29-dan 28 günə düşəndə.Bax, həmin gün bizim bayramımızdır!

Nə bilim, bəlkə dəelə yoxsulluq da dünyayla birləşib bizimlə mübarizə aparır…


TƏQVİM / ARXİV