adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
17 Oktyabr 2019 15:20
9717
GÜNDƏM
A- A+

Bu universitetdə maaşlar 25 faiz artırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimlərinin əmək haqları orta hesabla 25 faiz, işçilərin maaşı isə 20 faiz artırılıb.

Universitetdən Trend-ə verilən məlumata görə, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.

Məlumat üçün qeyd edək ki, AzMİU-da əməkhaqlarının artırılması dövlət sifarişi əsasında oxuyan tələbələrin təhsil xərclərinin miqdarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılması ilə bağlıdır.

Ölkə prezidentinin apardığı sosial islahatların tərkib hissəsi kimi bu addım da təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına hesablanıb.

Eyni zamanda bu qərar kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə, bütövlükdə təhsil müəssisələrinin inkişafına müsbət təsir edəcək.