adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Oktyabr 2019 14:55
31062
DÜNYA
A- A+

Filippin prezidenti motosikletdən yıxıldı

Filippin prezidenti Rodriqo Duterte motosikletdən yıxılıb.

Adalet.az-ın məlumatına görə, Prezident dizindən və dirsəyindən yüngül xəsarətlər alıb.

74 yaşlı R.Duterte prezident iqamətgahının ərazisində motosikletlə hərəkət etdikdən sonra nəqliyyat vasitəsini park edərkən ayaqqabısı ayağından çıxıb. O, ayaqqabını götürmək üçün əyiləndə yıxılıb.

Prezidentin özünü yaxşı hiss etdiyi deyilir.