adalet.az header logo
  • Bakı 17°C
17 Oktyabr 2019 14:23
9639
GÜNDƏM
A- A+

Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq - TƏFƏRRÜAT

2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq.

Adalet.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir bildirib ki, "Təhsil haqqında" qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub.

"Sertifikasiya prosesinə başlanılması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsini, qiymətləndirilmənin aparılmasını və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir. Yalnız bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər". (trend)