adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Oktyabr 2019 14:40
9297
GÜNDƏM
A- A+

Paşinyan üçün yalan dolu normal bir gün

Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusu nümayəndəsi Toivo Klaarla görüşüb.

Adalet.az bildirir ki, görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

N.Paşinyan Ermənistanın münaqişənin yalnız sülh yolu ilə həllinin tərəfdarı olduğunu və ATƏT-in Minsk qrupu formatı çərçivəsində tənzimlənməyə sadiq qaldıqlarını bəyan edib.

Görüşdə, həmçinin Ermənistan-Aİ əməkdaşlığı müzakirə edilib. Klaar bəyan edib ki, Aİ Ermənistan hakimiyyətinə demokratiyanın möhkəmləndirilməsinə yönəlmiş islahatlarda kömək etməyə hazırdır.

Ulucay Akif