adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Oktyabr 2019 12:40
26978
ELM VƏ TƏHSİL
A- A+

4 min şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedicidir - Nazir

Ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır.

Adalet.az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var: "Meyarlara əsasən orta ümumtəhsil məktəblərində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir".

Azərbaycanda 1 milyondan çox şagirdin təhsil aldığını deyən nazir qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli onlar bir çox fənlərdən proqramı mənimsəyə bilməyib, yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak etməyiblər.


Nicat Novruzoğlu