adalet.az header logo
  • Bakı 20°C
17 Oktyabr 2019 12:26
12925
GÜNDƏM
A- A+

Tural Kərimli Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

İnnovasiyalar Agentliyi İdarə Heyətinin sədri Tural Kərimli İranın Milli İnnovasiyalar Fondunun rəhbəri Əli Vəhdətinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

60-dan artıq startapın qatıldığı görüşdə T.Kərimli iqtisadiyyatın inkişafında texnologiyaların rolu və İnnovasiyalar Agentliyinin bu sahədəki fəaliyyət proqramını açıqlayıb. O, "Azərbaycanın coğrafi mövqeyi onu təbii "hub”a - qovşağa çevirir. Biz də Yaxın Şərq və MDB ölkələrindəki startaplara bu fürsəti dəyərləndirməyi təklif edirik” dedi. T.Kərimli startapları Azərbaycana cəlb etmək üçün yaradılan şəraitdən danışdı. Mingəçevir və Pirallahı adasındakı yüksək texnologiyalar parklarında qeydə alınan rezidentlərin 7 il müddətinə ƏDV, mənfəət, əmlak, torpaq və gömrük rüsumlarından azad olduğu da qonaqların diqqətinə çatdırıldı.