adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Oktyabr 2019 12:15
30482
DÜNYA
A- A+

Venesuelada Su-30 qəzaya uğradı

Venesuela Hərbi Hava Qüvvələrinə məxsus Su-30 qırıcısı qəzaya uğrayıb.

Adalet.az-ın məlumatına görə, qəza ölkənin mərkəzi hissəsində, Quariko ştatında baş verib. Faktı Bolivar Respublikasının Müdafiə Nazirliyi təsdiqləyib.

Məlumata görə, təyyarədə olan hər iki pilot həlak olub. Təyyarə Manuel Riso adına hərbi bazadan havaya qalxaraq Luis del Valye Qarsi adına hərbi bazaya uçmalı imiş.

Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, ölkə Prezidenti Nikolas Maduro qəzanın baş vermə səbəblərinin araşdırılmasını tapşırıb.