adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 Oktyabr 2019 09:04
24589
GÜNDƏM
A- A+

İlham İsmayıl: Paşinyandan tutmuş fahişə Kardaşyana kimi...

"Şirinyanın yuxusuna o zaman haram qatılacaq ki, düşmən səngərində Azərbaycan mərmisi partlayacaq"
"Düşmənin iştahını qursağında qoymaq üçün Azərbaycan əsgərinin hərəkətinə ehtiyac var"

Şirinyanın şirin yuxuları davam edir-çünki yuxusuna haram qatılmır.

Bu ilin aprelin 27-də Ermənistan Xristian Demokrat partiyasının sədri Levon Şirinyanın Rusiyadan alınacaq CU-30 qırıcılar vasitəsilə Bakını bombalamaq haqqında "Şirinyanın şirin yuxusu” adlı yazı ilə  çıxış etmişdim və erməni siyasətçinin Rusiyanın köməyilə bizi hədələdiyini oxucuların nəzərinə çatdırmışdıq.

Levon Şirinyan yenə ortaya çıxıb və yenə də bizi hədələyib, bu dəfə başqa formada. Şirinyanın geniş müsahibəsindən bir neçə məqamı nəzərinizə çatdırmaqla bir daha vurğulamaq istəyirik ki, erməni işğalıçılarının cavabı verilmədikcə onların iştahı artır. Cavab da sözlə deyil, cəbhədə verilməlidir. Elə cavab ki, işğalçı danışıqlar masasına oturmaq üçün yalvarsın. Şirinyan deyir:

"Hər şey dəyişməlidir. Əgər Türkiyə Suriya bataqlığında batacaqsa, Artsaxdan şərqə doğru hərəkət etməyə hazır olmaq və mövqelərimizi möhkəmləndirməliyik”. Partiya sədrinin bu fikrinə təəccübünü gizlətməyən jurnalist soruşur ki, "yəni, yeni ərazilər tutmaq lazımdır?”

Şirinyan: "Mütləq. Biz heç bir yeri işğal etmirik, biz Kürə çıxmaqla öz sərhədlərimizi bərpa edirik. Bu bizimdir və onu qaytarmalıyıq”. Və fikirlərini inkişaf etdirərək başqa bir suala cavabında "Naxçıvan istiqamətini də fikirləşməliyik” cavabını verir.
Şirinyan və bütün ermənilər eyni cür fikirləşirlər. Erməni baş nazir Paşinyandan tutmuş erməni fahişə Kim Kardaşyana kimi. Ona görə, "bu yenilik deyil” fikirləşənlər də ola bilər. Amma, yadınıza son yüz ili gətirin və real duruma baxın, ermənilər bu arzularını addım-addım, Rusiyanın birbaşa köməyi ilə, məhz Azərbaycan torpaqlarının hesabına həyata keçiriblər. Qarabağ hadisələri də başlananda saymazyana şəkildə "erməni kimdir bizdən torpaq alsın” deyib rahat şəkildə hadisələri seyr etdik.., nəticəsi məlumdur, ayılanda da gec oldu.
Şirinyanın, Kardaşyanın və cəmi "yanlar”ın cavabını qanla vermək lazımdır. "Erməni qan gördü” misalının real tarixi var və bu tarixi təkrarlamaq lazımdır, əks halda Şirinyan növbəti müsahibəsini Kürün sahilinə yaxın yerdən verməsi ehtimalı mümkün ola bilər. Düşmənin iştahını qursağında qoymaq üçün Azərbaycan əsgərinin hərəkətinə ehtiyac var. Şirinyanın yuxusuna o zaman haram qatılacaq ki, düşmən səngərində Azərbaycan mərmisi partlayacaq. Həm də o zaman bilinəcək ki, kim həqiqətən döyüşmək üçün Qarabağa gedir, kim reklam üçün Suriyaya...
Son günlərdə əvvəlki yazılarımda qeyd etdiyim kimi, saxta vətənpərvərliklə camaatı yayındırıb, pioner, oktyabryat tədbirləri, yığıncaqları keçirib milləti həqiqi hədəfdən - real olaraq Qarabağı azad etmək hədəfindən yayındırmayın. Kimsə özünü kiməsə göstərmək istəyirsə, başqa yollar arasın, vətəni işğaldan azad etməyin təbliğat istiqamətləri belə olmur.

Azərbaycan diplomatiyası 100 illik yubileyini xüsusi diplomatik qələbə ilə qeyd edə bilmədi. Azərbaycan Ordusunun yüz illik yubileyi real nəticə ilə tarixə düşməlidir!

İlham İsmayıl