POEZİYA - 2011-2012

VAQİF YUSİFLİ
86071 | 2013-05-11 00:19

(əvvəliötən saylarımızda)

IX

Keçən ilindekabrında modernist şair Adil Mirseyidin 60 yaşı tamam oldu.

MüasirAzərbaycan poeziyası Adil Mirseyidin timsalında maraqlı və orijinal bir simaqazanıb, - desək, qətiyyən səhv eləmərik. Elə şairlər var ki, onlarınyaradıcılığı olmadan da ədəbi inkişaf öz axarındadır. Amma Adil Mirseyidi buprosesdən kənar et, o zaman kiçik də olsa, bir boşluqla üzləşəcəksən.

Onumodernist şair adlandırdım. Bunu şərh edəcək yazılar da çap olunub və təkrarayol vermək istəməzdim. Bircə onu deyə bilərəm ki, Adil Mirseyidin şeirlərindətəsvir olunan Dünya bizim real dünyamızdan tamam fərqli bir Dünyadır. OradaAdilin özünün yaratdığı rənglər, naxışlar, mozaik elementlər, çiçəklər,axşamlar, səhərlər bizim hər gün, hər saat rastlaşdığımız nəsnələr deyil. Həttaröyalar belə. Elə buna görə də, onun şeirlərində bizim ənənəvi şeirə, onunpoetikasına uyuşmayan təsvir vasitələri, rənglər, çalarlar diqqəti cəlb edir."Rəng" dedim, Adil Mirseyid həm də rəssamdır. Vaxtilə Vaqif Səmədoğluonun haqqında yazmışdı ki: "Adil nəinki maddi varlıqları, eləcə də bir çoxhallarda külək, sükut, tənhalıq və s. kimi qeyri-maddi aləmləri rəssam gözü iləgörür və əks etdirir". Adil Mirseyidin tədqiqatçısı, həm də ona şeirlərhəsr etmiş Elçin İsgəndərzadə yazır: "Şeirləri rəsm kimidi, rəsmləri şeirkimi. İşıq saçır tablolar öz içindən, misralar dua kimi, ovsun kimi, sirr kimi.Zamanın dışından baxır dünyaya, ölüm belə gözlərində bir röya".

göy üzündəulduzlar

qarmaqarışıq,

ulduzlarınarasında uçur

titrək birişıq.

ölümünyaxınlaşan addım

səslərinieşidirəm

hələ dəgənc və gözəl

ürəyim almakimi titrəyir

budağında

bəzən insanölümündən utanır

şirin birtəsəllidi

ruhumuzunnəğməsi

ulduzlarqeyb olur birdən

bir soyuqyağış yağır

pəncərəninşüşəsindən

yağışdamlaları axır

mən siqaretçəkirəm çay içirəm

pişikpəncərədən dişarı baxır

bütünumudları yox olmuş

adamın

kədəri varpişiyin gözlərində

gedibpəncərənin önündə

durdum

mənimpəncərəmdə

qarakvadrat

qarakvadratda eşq, ölüm, həyat

şəhərinüstündə bulud hıçqırır

bir ağacvar qaranlıqda

pəncərəninönündə

ağac görürməni, ağac qışqırır

didirürəyimi köhnə bir günah,

pəncərəönündə ölürəm, Allah.

AdilMirseyidin ilk şeirlərindən son oxuduğumuz şeirlərinə qədər bir neçə əsas obrazdiqqəti cəlb edir ki, onlardan birincisi ÖLÜMdür. "Pəncərə önündə ölürəm,allah", "və ölüm mələyi girir yuxuma", "ölümün nəfəsiniduyuram ənsəmdə", "ölüm mələyi nə desə gerçək mən nə söyləsəm yalan", "ölümüdüşünməkdən qorxmadım heç bir zaman" və s. misralara Adilin 2012-ci ildəçap edilən şeirlərdə rast gəldik, amma yüzlərlə belə misallara o vaxta qədəryazdığı şeirlərində təsadüf edə bilərik. 90-cı illərin əvvəllərində gənctənqidçi Rüstəm Kamal yazmışdı ki: "Adil Seyidzadə (hələ Mirseyid deyildi- V.Y.) ölümə tapınmağı özünə şərəf bilir. Şairləri gözəlləşdirən ölümləridir.Adilin şeirləri poeziyamızın batmış səsidir ki, indi ruh şəklində bizə qayıdırvə şairin təhtəlşüur təlatümlərini, gecə ovsunlarını sözə çevirə bilər".

Fikrimcə,Adilin şeirlərindəki ÖLÜMü fiziki anlamdaonun özünə müncər eləmək doğru olmazdı. Modernist poeziya xas olanobrazlardan biridir ÖLÜM və Adilin şeirlərində də tez-tez işlənməsi bununlaəlaqədardır. Yoxsa Adil şeirlərinin birində deməzdi ki: "bir şikayətimyoxdu ölümdən, yaşanmış bir eşqin izi qalıb ürəyimin çatlarında, ürəyiminçatlarında bir qızılgül qönçəsi, gecələr ulduzların çığırtısı tökülürdənizə".

VaxtiləXalq yazıçısı Elçin Adil Mirseyidin yaradıcılığına həsr etdiyi "Elitarpoeziya" məqaləsində yazırdı: "Adil Mirseyidin poeziyası"açıqlamalar" poeziyası deyil və mən istərdim ki, o özü də buna tamaməmin olsun, öz oxucusuna inansın".

AdilMirseyidin də özünə görə oxucuları var və o oxuculardan biri kimi mənAzərbaycan modernizminin hal-hazırkı avanqardına uğurlar arzulayıram!

X

Yaradıcılıqda"kişi-qadın" bölgüsü olmamalıdı. Əsər var.

Amma eynidövrdə yaşayıb-yaradan kişi və qadın şairlərin şeirlərini oxuyun. Bir neçəmisradan, öəlkə elə birinci misradan bilinəcək ki, kim yazıb onu-kişimi,qadınmı?

Saqi, meyver, genə bir tazə günah istəyirəm,

Qara göz,nameyi-əmalı siyah istəyirəm.

Şeir oxunurvə professional oxucu bilir ki, bu, Seyid Əzim Şirvaninin ləfzidir. Heç birqadın şair söyləməzdi ki, sənə görə qapınızdakı itlə məhrəm olmaq, dostluqetmək istəyirəm. Amma kişi-aşiq bunu deyir.

Eşq sultanımənim qətlimə fərman gətirib,

Etmədimtərki-vəfa, taəti fərman etdim.

Bu beytNatəvanındır-Füzuli poetik məktəbinin ən layiqli davamçılarından biri. Şəxsikədəri, dərdi, içinin bütün yanğısı onun qəzəllərinə hopub, bu, kişi fəryadıdeyil, Ana-Qadın fəryadıdır.

Zəriflərinpoeziyası elə adından da göründüyü kimi zərifliyi, incəliyi, kövrəkliyi iləseçilir. Hətta üsyankar ruhlu bir şairənin də ləfzində o incəliyi, o zərifliyihiss edərsən. Bizim poeziyada Məhsəti xanım Gəncəvi ilk üsyankar şairimizdi ki,dinin qoyduğu bütün qadağaların üstündən cəsarətlə keçib. Hətta daşqalaq edilsədə. İnadından dönməyib. Azərbaycanın"qadın Xəyyaiı" eşqi, məhəbbəti, insan azadlığını tərənnüm edib.Məhsəti xanımın açdığı yolla sonrakı əsrlərdə Tahirə Qürrətüleyn, Fatma xanımKəminə, Natəvan, Ağabəyim Ağa, XX əsrdəisə Mirvarid Dilbazi, Nigar Rəfibəyli,Mədinə Gülgün irəlilədilər.

Bu günAzərbaycan poeziyasını təmsil edən zəriflər isə həm sayına, həm də sanbalınagörə (yaradıcılığına-V.Y.) diqqəti cəlb edirlər. Budur onlar: Füruzə Məmmədli, Kəmalə Ağayeva,Nurəngiz Gün, Nisə Bəyim, Ofelya Babayeva, Mahirə Abdulla, Məlahət Yusifqızı,Fərqanə Mehdiyeva, Rəsmiyyə Sabir, Səhər, Fəridə Hacıyeva, Mahcamal, SonaVəliyeva, Narıngül, Kəmalə Nəsrin, Mina Rəşid, Ayişə, Həyat Şəmi, XuramanHüseynzadə, Gülnarə Cəmaləddin, Səyyarə Məmmədli, Simuzər Nüsrətbəyli, MənsurəQaçayqızı, Nazilə Gültac, Aysel Əlizadə, Xatirə Fərəcli, Nuranə Nur, XatirəSadıqlı, Ay Nur, Feyziyyə, Rəbiqə...g

Adlarınıçəkdiyim bu zəriflərin hər biri özünəməxsusluğu ilə seçilir. Təbii ki, onların poetik səviyyəsi eynideyil, amma yazı tərzi, poetik ləfzietibarilə biri digərinə bənzəmir. Bənzərlikləri başqa nöqtədədir (bu haqda azsonra).

FüruzəMəmmədli müasir Azərbaycan poeziyasının zərifləri önündə gedir - bu, mənimfikrimdir. Belə düşünürəm ki, onun poeziyası öz professional səviyyəsi, həyata,dünyaya, gözəllik aləminə münasibətinin özünəməxsusluğu, lirik qəhrəmanınmənəvi dünyasının zənginliyi ilə seçilir.

Ayağımda-ağrılarınmöhürü,

Məni nə Yer,nə də ki Göy götürür.

Allah,Allah, bir xoş gündən ötürü,

Neçə gününəzabına dözmüşəm.

Gecə baxıbqaşqabaqlı Ay mənə,

Gündüz olubo buludlar tay mənə.

İnnən belənə güzərangVay mənə,

Vay mənəki, hesabına dözmüşəm.

Bəlkə eləsöz atından düşüm ta,

Uçdumbəsdi, qanadımdan düşüm ta.

Yenilməmiş..İnadımdandüşüm ta,

Yetər buncaəsəbinə dözmüşəm.

Bu şeiri("Azərbaycan", 2012, № 12) dünyanın gərdişindən, zamanın gedişindən,həyatda, cəmiyyətdə baş verən təzadlı, mürəkkəb hadisələrin, ziddiyyətliolayların varlığından bezən, hərdən tənhalığa tapınan, hərdən dünya iləhəsb-hal aparan müasirimiz Füruzə Məmmədli yazmışdır.

FüruzəMəmmədli kimi Nisə Bəyim də narahat şairdir. Qaynar ədəbi mühitdən uzaq olsada, Nisə Bəyim mətbuatda çap etdirdiyi hər yeni şeirlər silsiləsi və yenikitabı ilə oxucuların diqqətini cəlb edir. Ona "ürəyi ilə danışanşair" demək mümkündür və mənim fikrimcə, Nisə Bəyim hələ ki, ürəyiylədanışıb qurtara bilməyib, daha doğrusu, ürəyindən Dünya adlı nəhəngə bir körpüsalmaq istəyir, Dünyanı dərk etdikcə dərk etmək istəyir. Allaha üz tutur. Amma:

Sular kölgəkimi çökdü gözümə,

Qaranlıqgöründü dünyanın dibi.

Mən dətanımadım, mən də sevmədim,

Gəlib budünyadan gedənə kimi.

Nisbəyimdeyəndə ki: "Dünya mənə can qəfəsi, ölməyə yuvam çatmır" - bunuqətiyyən pessimizm kimi dərk eləmirəm. Bu misraların arxasında o qədərmətləblər durur ki...g

Təbii ki,bu yazıda adlarını çəkdiyim zəriflərin hər birinin şeirləri barədə lap yığcamda olsa, söz açmaq imkanı yoxdur. Ancaq son illərin zərifləri içərisindədiqqəti cəlb edən Məlahət Qaramuradlı barədə bir neçə kəlmə...

MəlahətQaramuradlı kifayət qədər cəsarətli şairdir və bu "cəsarət" - sözüüzə deməklə, haqqın silləsini nahaqqın üzünə çırpmaqla əyan olur. Azərbaycancəmiyyətində cəsarətinə görə hətta kişilərdən də ötkəm olan qadınlar var və məno sırada Məlahəti də görürəm. Kimisi ictimai fəaliyyətilə, kimisi elmihünəriylə, Məlahət də şeirləriylə. Məlahət Qaramuradlı cəsarətli şeirlərindəsusqunluğa, mənəvi ətalətə, meşşan miskinliyinə atəş açır. Özü də onun ilktənqid hədəfi kişilərdir:

Allahın sağəli olmalıydı kişilər;

vurub,tutan,

çalıb,çapan,

yaraqtutmaqdan qabar olan əli.

Oldumu?!

Yerdağılmalıydı ötkəmliyindən.

Ağırlıqyaraşır hər insana.

Dağdan ağırgəlirdi mənə

Kişi zəhmi,

çünki

dağdan ağırınıgörüb gəlmişdim

bu şəhərə.

Amma o, həmdə qadına məxsus kövrəkliyi, həssaslığı da şeirlərinin ruhuna hopdurur. "Qaçqın bənövşəyə" şeirində Məlahətbeş əsrdən artıq gözəlliyinə, zərifliyinə şeirlər yazılan, poeziyada bir obrazaçevrilən bənövşənin halına acıyır. Bu bənövşə Göyçədə bitib. Elə yurdundan,yuvasından didərgin düşən göyçəlilərin də taleyi bu bənövşəyə oxşayır."Çoxunun gözündə Göyçə həsrəti, Çoxu bizim kimi çıxmadı yaza".Məlahətin Xocalının və Kəlbəcərin işğalının 16-cı ilinə həsr etdiyi şeirləri dəhəyəcansız oxumaq olmur. Hiss edirsən ki, bu şeirlər "qarayubileylərlə" bağlı yazılan bəzi şablon şeirlərə oxşamır, dərddən vədərdin havasından yaranan şeirlərdir."laçın qanad çalıb, arana qondu, Kəlbəcər istəyim Murovda dondu,Haqqam deyənlərin haqqımı dandı, Qisas qiyamətə qaldı, ilahi!"

MəlahətQaramuradlı bu günün şairidir və şeirlərində də dövrün, zamanın bir şairürəyinə yığılmış qəm dağlarını, kədər yağışlarını, həyatın, gerçəkliyinağrı-acılarını görürük. Görürük ki: "Torpağın altında gorum çatladı,Üstümdən yol, cığır saldılar, heyf!" Görürük ki: "Qəhrəmanın başıdilənçiliyə, Dilənçinin başı milyonçuluğa, Qarışır milyonlar səltənətində.Haqqı olmayanlar durub döyüşə, Yarışır milyonlar səltənətində". Görürükki: "Səf-səf durub; düşmən diş-diş, düşmən dən. Məndən deyil yurdu satıb,sovanım". Görürük ki: "Dünyanın ən ağır dərdidi torpağı yaddaşda gəzdirmək; üzü soyuqdudeyib, anamızı qoyduğumuz torpağı". Misalların sayını istənilən qədərartırmadan da deyə bilərik ki, Məlahət Qaramuradlı içində yaşadığı gerçəkliyinolaylarını şeirə də gətirir, həm özü, həm də bizim üçün bədii bir tarixyaratmağa səy edir.

Çox arzuedərdim ki, bəzi zəriflərimiz də sözü bu sayaq cəsarətlə söyləsinlər.

O ki qaldıonların yaradıcılığındakı bənzərliyə, oxşar cəhətlərə, bu, daha çox özünü müəyyənbir mövzuya həsr olunan şeirlərdə hiss etdirir. Xüsusilə, sevgi şeirlərində,talelərinin uğursuz məqamlarını təsvir etmək məqamı gələndə çox zaman eynisituasiyalar təkrar olunur. Hamı ayrılığı dar ağacına bənzədir, hamı gedəninbir daha geri qayıdacağına inamını itirmir və s.

Əlbəttə,müasir poeziyamızda zəriflərin yaradıcılığı ayrıca, həm də geniş bir söhbətinmövzusudur.

XI

Əziz oxucu!2011-2012-ci illərin poeziyası ilə bağlı bu mülahizələr fraqmentlər şəklindəsənə təqdim olundu. Bu, nə icmaldı, nə də problem məqalə, sadəcə, bizim zəngin,çoxçalarlı müasir poeziyamız haqqında düşündüklərimdi. Kimsə inciməsin ki, onunadı çəkilmədi, şeirlərindən söz açılmadı. Sizin iradınızı da, gileylərinizi dəqəbul edirəm.

Yazını sonaçatdıranda 2011-2012-ci illərin poeziya nümunələrindən birini seçdim ki, bütünbu yazıda söylədiklərimə sonuncu fraqment olsun:

Hər gün biryeni ümidlə

açılırpəncərəmizdə səhər.

Ümidlərimizinsəhəridi

qoynundayaşadığımız şəhər.

Buludlar ağümiddi üfüqdə,

dənizmasmavi ümid.

Hər səhərpəncərəni açıb

günəşisalamla-

və içinigəmirən

bütündərdləri unut...

Ümidləyaşamaqdı

röyalarımızıxeyirə yozmaq,

rəsmçəkmək,

nəğməoxumaq

və sevgişeirləri yazmaq.

(Elçinİsgəndərzadə)

Vaqif YUSİFLİ

TƏQVİM / ARXİV