adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Oktyabr 2019 10:44
9576
GÜNDƏM
A- A+

ABŞ Suriyadakı anbarlarını bombardman etdi

ABŞ hərbçiləri Suriyanın şimalına aviazərbələr endiriblər.

Adalet.az xəbər verir ki, bu məlumatı "Röyter” öz mənbələrinə istinadən yayıb. Məlumata görə, zərbəni ABŞ-ın iki F-15 təyyarəsi endirib. Təyyarələrin hədəfi ABŞ-ın bölgədən çıxmasından sonra burada qalan hərbi sursat və hərbi texnika anbarları olub.

Agentliyin mənbəsi anbarların ABŞ hərbçilərinin bazanı tərk etməsindən dərhal sonra vurulduğunu bildirib.