adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Oktyabr 2019 10:40
10086
GÜNDƏM
A- A+

Tramp: Əgər bu təlxəklərdən biri prezident olsa...

Demokratların namizədi ABŞ-dakı prezident seçkisində qalib gəlsə, Amerikanı yeni "Böyük depressiya” gözləyir.

Adalet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp öz Tvitter səhifəsində paylaşıb. O özünün siyasi rəqiblərini "təlxək” adlandırıb:

"Əgər bu təlxəklərdən hansısa biri prezident olsa, bizim rekord iqtisadiyyatımız 1929-cu ildəki kimi dağılacaq”.

Qeyd edək ki, "Böyük depressiya” 90 il öncə - 1929-cu ildə başlayıb. Buna səbəb Nyu York Fond Birjasında baş verən həyəcan olub. Nəticədə şirkətlərin səhmləri qəfil olaraq düşüb və bütün dünyada 5 il davam edən maliyyə böhranı başlayıb.