adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Oktyabr 2019 10:36
15072
GÜNDƏM
A- A+

Türk ordusu ilə üz-üzə gəlsək… - Əsədin müşaviri

İstər Azez, istər Afrin, istərsə də Fəratın şərqi olsun, ölkəmizin bütün nöqtələrini azad etmək üçün vuruşacağıq.

Adalet.az xəbər verir ki, bu sözləri Suriya lideri Bəşər Əsədin siyasət və media məsələləri üzrə müşaviri Buseyna Şaban BBC-nin Türkiyə xidmətinin "Türkiyə və Suriya ordusu üz-üzə gəlsə, nə olacaq” sualını cavablandırarkən deyib.

Şaban YPG ilə rəsmi Dəməşq arasında hər hansı bir saziş olmadığını, bəzi qrupların Suriyanın mənfəətinə zidd hərəkət edərək amerikalılarla anlaşdığını bildirib.

"Suriyalı kürd qruplarına Suriya hökumətinin və Ərdoğanın baxışları fərqlidir. Ərdoğan suriyalı kürdləri "Osmanlı və Müsəlman Qardaşları” arzusunu həyata keçirmək, Suriya və İraqın bəzi bölgələrini işğal etmək üçün bəhanə kimi istifadə etməyə çalışır. Onun ölkəsində 17 milyon kürd var, öz ölkəsindəki kürdlərlə maraqlansa, daha yaxşı olar”, - Şaban bildirib.