Faiq QİSMƏTOĞLU: VƏSİQƏ GƏZDİRƏN HƏR CIZMA-QARAÇI JURNALİSTDİRMİ?

FAİQ QİSMƏTOĞLU
47432 | 2019-10-16 14:27

... Bubizim, daha doğrusu, mətbuatımızın, jurnalistikamızın ən sağalmaz yarasıdı.Çünki son 10-15 ildə adını və soyadını, hətta tərcümeyi-halını yaza bilməyəntraktorist, mühəndis, rəngsaz, aqronom və s. və ilaxır peşə sahibləri ac qurdkimi gəlib doluşdular mətbuata...

... Biryerdə, bir qəzetdə bir məqaləsi, bir yazısı çıxmayan adam qəzet açdı, başredaktor oldu. Və cibinə də baş redaktor vəsiqəsini qoyub yekə-yekə gəzməyəbaşladı. Onlar jurnalistika ilə yox, dələduzluq və afiristlik yolu ilə müxtəlifvəzifəli şəxsləri şantaj edərək pul da qazandılar, ev-eşik də aldılar və həttaözlərinə xarici markalı maşınlar da almağı bacardılar.

Yəni buadamlar mətbuatdan, qəzetdən, jurnalistikadan başları çıxmasa da, Şamxal Şəbiyevinsözüylə demiş olsaq, qara-qura işləri daha yaxşı bacarıblar və qara-qura əməllərlədə çox vəzifə sahiblərini qorxudub istəklərinə nail olublar. Ən qəribəsi dəodur ki, bu adamlar özlərinə rahat və komfortlu həyat tərzi də qurmağıbacarıblar. Çünki vəzifə sahiblərinin bəziləri öz hüquqlarını bilməyən savadsızvə bir az da kəskin desək, kiminsə hədə-qorxusundan çəkinən adamlardı. Onların birçoxu bataqlıq içərisində olduğuna görə, elə bu cür dələduzların da dediklərinə can-başlaəməl ediblər və deyirlər ki, siz Allah,bizim barədə yazdıqlarınızı icar hakimiyyətinə, polisə, prokurorluğa göndərməyin.Çünki həmin dələduzlar o vəzifə sahiblərini çox vaxt bu ünvanlara məktub göndərməkləhədələyiblər. Onların da suçlu işləri olduğuna görə, bu göndərilən məktublardansözün açığı, çəkiniblər.

Azərbaycanmətbuatının yaradıcıları böyük Həsən bəy Zərdabi və Mirzə Cəlil "Əkinçi”ni və"Molla Nəsrəddin”i yaradanda düşünüblər ki, milləti maarifləndirsinlər, onlarıqaranlıqdan, zülmətdən işığa çıxarsınlar. Amma son 10-15 ildə qəzet açan əksərcızma-qaraçılar isə vəzifə sahiblərini qorxudaraq, şantaj edərək pul qazanmağavə var-dövlət əldə etməyə çalışıblar. Bu gün nə az, nə çox, 20-30 min nəfərdə vəsiqəvar. Və bu vəsiqəni də cibinə qoyan savadsiz, cahil, nadan adamlar ölkədəmeydan sulayır, müxtəlif adamlara "torba” tikir və onlardan istədiklərinialmayana qədər əl çəkmirlər. Hətta adları Mətbuat Şurasının "qara siyahısında”olan qəzetlər manevr edədək sayt formasında çıxırlar. Bu isə o deməkdir ki, nə Mətbuat Şurasının tərtibetdiyi "qara siyahı”, nə məhkəmə qərarları qara-qura işlərlə məşğul olancızma-qaraçıları hələ də dayandıra bilməyib. Yəni el dilində demiş olsaq, "dəyirmanbildiyini eləyir, çax-çax baş ağrıdar”.

Görəsən,cibinə vəsiqə qoyan hər adam jurnalistdirmi? Bunu mən çox tanınmış və imzası məşhurolan jurnalist dostlarıma da ünvanlayıram. Çünki bu mövzuyla bağlı çoxlu saydamətbuatda yazılar gedib və bizim qəzetinistedadlı yazarı Məzahir Əhmədzadə də dəfələrlə həmin mövzuyla bağlı gözəlyazılar qələmə alıb. Təəssüf ki, nə cəmiyyət, nə də dövlət qurumları bu cürcızma-qaraçıların qarşısını almaqda elə bir ciddi ata bilməyib. Və onlar da beləbir münbit şəraitdən istifadə eləyərək at oynadıblar.

Azərbaycanmətbuatında heç vaxt jurnalist ştatı olmayıb və yoxdur. Mətbuatda bu vəzifələr olub: oxucu, korrektor, müxbir,bölgə müxbiri, baş müxbir, şöbə müdiri, redaktor, redaktor müavinləri və başredaktor. Bəs onda sinəsinə döyən cızma-qaraçılar hardan çıxıb və peydaolublar? Bunlar isə cəmiyyət və dövlət qurumları yerində oturda bilmir ki,bilmir.

Azərbaycanjurnalistikasında mən jurnalist Mirzə Cəlili, Üzeyir Hacıbəyovu, ŞirməmmədHüseynovu, Nəsir İmamquliyevi, Famil Mehdini, Nurəddin Babayevi, NərimanZeynalovu, Cahangir Məmmədlini... və başqa adlarını çəkmədiyim böyük yazarlarıtanıyıram.

Tayİmişlidən çıxan rəngsaza mən nə təhər jurnalist deyim? Bir dəfə istedadlıyazıçı-jurnalistlər Rafiq Hacıyev və pedaqoji elmlər namizədi AllahverdiEminovla birinci mərtəbənin çayxanasında söhbət edirdik. 50 ildən çox mətbuatdaçalışan çox istedadlı yazar Allahverdi müəllim dedi ki, mən özümü jurnalistsaymıram. Hansı ki, biz onu çox böyük jurnalist kimi tanımışıq və müxtəlifjanrlı yazılarını oxumuşuq. Amma İmişlidən çıxan və baş redaktor olan rəngsazdeyir ki, mən jurnalistəm. Və bir dəfə də oğlu ilə birgə gedib çıxır FüzulininHoradiz şəhərinə. Dava-dalaşla rayonun sabiq prokuroru Sabir Abdinovun qəbulunadüşürlər. Polis onları içəri buraxmır və səs-küyə Sabir müəllim çıxır və soruşur ki, kimsiniz? Deyirlər ki, filan qəzetinbaş redaktoru və redaktor müavini. Sabir müəllim onları kabinetinə dəvət edir vədeyir sizi dinləyirəm. Baş redaktor dillənir ki, sizin fəaliyyətinizi yoxlamağagəlmişik. Sabir Abdinov bu cavabdan əsəbləşir və deyir ki, mənim fəaliyyətimibaş prokurorluq yoxlaya bilər. Bəlkə siz müsahibə almağa gəlmisiniz? Hər iki şəxsbildirir ki, hə. Sabir müəllim də sualları gözləyir. Gözləyir, gözləyir, görürki, onlar çox savadsızdı, axırda deyir ki, mən sizə bir sual verirəm. Yazın ki,mən Füzuliyə ezamiyyətə gəlmişəm. Hər iki şəxs bu cümləni yazana qədər qan-tərəbatıb və nə qədər də orfoqrafik səhv buraxıb. Bu səhnəni görəndən sonra sabiqprokuror onlara deyib ki, jurnalist sənətin ləkə gətirməyin. Rəngsaz hara, qəzethara? Və həmin adamlar da suyu süzülmüş halda ordan çıxıb gediblər. Sonraonları hansısa rayonda hüquq-mühafizə orqanları saxlamışdılar. Ata-bala hərəkətlərindən peşman olduqlarınıbildirirdilər.

... Qapı-qapıgəzən bu cızma-qaraçılar birinə deyir "benzin pulu ver”, birinə deyir "toyagedirəm”, birinə də deyir "bu gün ad günümdü”. İndi onları da qəbul edən adamqalır çıxılmaz vəziyyətdə. Dediklərini eləyənlər də var, onları qapıdanqovanlar da. İndi siz deyin, bu qapı-qapı gəzənlərə, vəzifə sahiblırini bezdirənlərəjurnalist demək olarmı?

Hərhansı bir obyektə getmək olar. "Kommunist” qəzetinin tanınmış müxbirlərindənbiri deyir ki, mən Sovet dövründə hər hansı bir yerə gedəndə ora ilə bağlı məniməlimdə o qədər fakt olurdu ki, vəzifə sahibləri bunları biləndə ayaqları əsirdi.Bəli, həqiqi jurnalist, istedadlı yazar istənilən mövzunu qələmə alarkən onun əlindətəkzibedilməz faktlar olmalıdır. O faktlarla yazılan, qələmə alınan yazılar mətbuatdadərc olunandan sonra həmin yazardan şikayət edən vəzifə sahibi də ona heç birşey edə bilmir. Hətta məsələ gəlib məhkəmə müstəvisinə düşəndə belə əla-həzrətfakt öz sözünü deyir və jurnalisti çətin vəziyyətə düşməyə qoymur.

İndikicızma-qaraçılar isə ya birinə deyir üç yerdə evin var, ya deyir iki maşınsürürsən, ya da deyir katibənlə gəzirsən. Bu üç məsələdən hansı birini tutsa,yapışır həmin adamın zəli kimi boğazından, əl çəkmək bilmir ki, bilmir. Tez-tezdə gözə soxur ki, mən qəzet redaktoruyam!

Təbiiki, mənim qələmə aldığım bu mövzu birmənalı qarşılanmayacaq. Çünki bu gün Azərbaycan mətbuatında peşəkar jurnalistlərdən,istedadlı yazarlardan qat-qat çox çızma-qaraçılardı. O cızma-qaraçılar ki, "Oolmasın, bu olsun” filmində Rza bəy kimi o vəzifəli şəxsin yanına qaçır, bu vəzifəlişəxsin yanına qaçır. Deyir ki, beş manat ver, sənin tərifini göylərə qaldırım.Beş manat vermirsənsə, onda bir yazı yazacam dədənin toyu yadına düşəcək.

Bu cızma-qaraçılarınçoxalmasının bir günahı da abrına, həyasına, ismətinı qısılmış və 40-50 il Azərbaycanmətbuatında saç ağartmış, can qoymuş jurnalistlərin biganə münasibətidir. Vəonların at oynatmasına, meydan sulamasına elə bizim kimi peşəkarlar da gözyumur. Nəticədə isə sarmaşıq kimi onlar ölkəni başına götürüb. Bax, indi busarmaşığı və qara tikanları necə təmizləmək olar?! Elə ən çətin məsələ dəbudu...


TƏQVİM / ARXİV