Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
44942 | 2019-10-16 13:01

Əvvəli burada

Adətənhamamdan sonra yaxşı bir çay adama əməlli-başlı rahatlıq gətirir. Çay məsələsindədə Əhməd Varolun diqqəti xüsusidir. Ona görə də camiyə gəlirik və Ərdal bizimüçün mükəmməl bir çay süfrəsi açır. Yenə dostlar yığışır... yenə maraqlı əhvalatlardilə gəlir... hadisələr xatırlanır... söz-sözü çəkir... danışmaq, deyib-gülməkgünü daha da gözəlləşdirir...

Axşamnamazından sonra abinin təklifi ilə Rəcəb Köçən, Süleyman Kurnaz və məndondurma yeməyə gedirik. Xatırladım ki, artıq neçənci dəfədi ki, həmin dondurmaevinə gedirik. Və hər dəfə də çeşid-çeşid dondurmaların dadına baxırıq. Mənimdondurmaya meylimi artıq öncədən bilən Əhməd qardaşım hesabı ödəyib çıxanda özüilə birlikdə balaca bağlama da götürdüyünü hiss etdim. Düzünü deyim ki, ağlıəmaheç nə gəlmədi. Yalnız otelin önündən ayrılanda bağlamanı mənə uzatdı ki, bilirəm,axşam oturub işləyəcəksən, onda köməyinə çatacaq. Təəccüblə soruşdum:

- Nə?

O da gülümsəyərək dedi:

-Əncirli və qaysılı dondurmalar.

Bu diqqətəgörə, nə demək lazım olduğunu ifadə etməkdə çətinlik çəkirəm. Sadəcə,bir-birimizə şirin yuxular diləyib ayrılırıq.

Səhəri hərəmizöz işimizlə məşğul olduq. Yəni mən gəzmək, şəhəri dolaşmaq, yeni görməli yerlərəbaş çəkmək, Əhməd Varol da məmur işlərini gördü. Günorta naharına yaxıngörüşdük və o mənə heç nə demədən maşının yönünü Akçaabata tərəf çevirdi. Əvvəldən də bilirdim ki,burdakı balıqların dadı tamam fırqlidi. Doğrudur, hamısı Qara dənizin məhsuludur.Bişirmək, təqdiç etmək üslubu başqadı. Dəfələrlə Əhməd Varol məni bu özəl balıqevinə qonaq gətirib. Artıq burada Əhmədi həmişə olduğu kimi, bu dəfə də öncədəngözlədiklərini görməmək mümkün deyildi. Ayrıca masanın üzərində balıq yeməyindəistifadə olunan hər şey qoyulmuşdu. Əyləşən kimi yaxınlaşıb sifarişi qəbuledirlər. Qardaşım fərqli balıqlardan sifariş verir. Öncə buğda bişirilmiş balıqgəlir. Sonra şişdə, daha sonra tavada qızardılmış balıq. Onun ardınca az qalakülləməni xatırladan bir formada bişirilən balıq... Özümü saxlaya bilmirəm:



-Qardaş, bəs edər də, bu qədər sifarişmi olar?

ƏhmədVarol da gülərək:

- Balıqyüngül yeməkdi, bir növü çərəzdi. Akçaabad balığını bir də sən növbəti gəlişindəyeyəcəksən. Ona görə də doyunca yemək lazımdı ki, dadı damağındaqalsın.

Balıqyeyəndən sonra Akçaabadı gəzməyə başlayırıq. Sahil boyu gəzmək, xüsusi paraşütlərdəntullananları seyr etmək adamın könlünü xoş edir. Və mən xoş ovqatın içərisindəbir məmnunluq yaşayıram. O məmnunluğuki, onu ifadə etmək heç də asan deyil. Çünki burada gördüklərim az qala bir nağılı, bir yuxunu söyləmək qədərmaraqlıdı.



Təbiiki, akçaabadda şəkillər çəkdirməyi də unutmuruq. Çünki bunlar ömrün anlarıdıVəmən də ömrün bu anlarını təkcə yaddaşımda deyil, yazılarımda da yaşatmağın tərəfdarıyam.Ona görə də yazıram:


Məngördüyüm yuxular

Allah,yozuma gəlmir...

Yaşadığımduyğular –

Vallah,yadıma gəlmir...


Kabus təkdolaşıram

Dərdlərəbulaşıram...

Beşəllisallaşıram –

Yenəlazım ha gəlmir!


Heyrətquyusu dərin

Üzüxeyirin, şərin –

Mənimumduğum sərin –

Çox, yaazıma gəlmir...


Günlərbalta kəsərli

Doğradığıtəsəlli!.

Mən bilənlərməsəldi –

O dasazıma gəlmir...



Qara dənizinsahilində çay içməyin ayrı bir ləzzəti var, özü də balıq yeməyindən sonra. Bunuda unutmuruq. Və çox könül oxşayan bir məkanda əyləşib dənizi seyr edə-edə çayiçirik. Bu arada hər ikimizin telefonuna zəng gəlir. Arayan dostlardı. Və bizonları intizarda qoymamaq üçün Trabzona dönürük. Yolda aptekə, yəni terklərin dediyi kimi, əczaçıya baş çəkirik.Doktor, professor Mustafa Gökçənin yazdığı reseptə uyğun olaraq dərmanlarısifariş veririk...



Bu əczaçıöz diqqəti, həm də peşəkarlığı ilə həmişə məni heyran edib. Belə ki, resepti əlinəgötürən kimi öncədərmanalrı çeşidlıyir, sonra dərmanı alan xəstə ilə tələsmədən,səbrlə danəşmağa başlayır. Bir-bir dərmanı demək olar ki, xəstəyə son nöqtəsinəqədər anladır, tərkibini söyləyir, necə istifadə etməyi dərmanın qutusunun üzərinəyazır. Faydalı və ziyanlı tərəflərini də edməkdən çəkinmir. Bir sözlə, sənaldığın dərmanın nəyə faydası olub-olmadığını tam bilirsən. Üstəlik, bu insan sənə həmin dərmanın əvəzediciləri barəsində dəbilgi verir. Mən əczaçı Ömər Tonyalisöylədikləri sayəsində artıq qəbul etdiyim bütün dərmanları az qala "tərcümeyi-hal”ınıəzbər bilirəm. Hə, bir də mən bu əczaçının yanında olanda gündəlik qəzetləri dəgözdən keçirmək imkanı qazanıram. Çünki hocam mütaliə adamıdı.



Dostlarınyanına gəlirik. Gündəlik mövzulardan başlayaraq, görəcəyimiz işlərə qədər hərmövzuda söhbətlər etsək də, əsas bir məqamı unutmuruq. O da İbrahim hocamlaonun kəndinə getmək məsələsidi. Biz axşam İbrahim hocanın müşayəti ilə Yaşılvadi kəndinə qonaq gedəcəyik. Xatırlatmaq istəyirəm ki, bu kəndin o qədər qəribəmənzərəsi var ki, onu ancaq rəssam fırçasıyla, ya da kameranın gözüylə çəkibgöstərmək gerçəkliyi tam ifadə etmiş olar. Bu gözəlliyi sadəcə sözlə demək mənəgörə adamın içini bu mənzərəyə, bu reallığa sevgisini tam ifadə edə bilməz. Ammabütün hallarda sabah vətənə dönəcəyimi bildiyimdən bu yerlərə, bu doğmalaraiçimdın keçən duyğuları bir daha ifadə etmək istəyimdən özümü saxlaya bilmədim.


Habaxıram göz yorulub doymur ki

Ürəyiminyanğıları soymur ki!

Vətənsizlikheç burda da qoymur ki –

Təkqalım...


Əyilmişəmayağına, dizinə

Gözlərinəgöz qoymuşam düzünə...

Dağlar,mənim şəkilimi gözünə -

Çək,qalım!..


Gün keçsədə, an ötsə də burda xoş

Alruhumu qanadlanan ruha qoş...

Hey bellənib,hey səpilib, hey də qoş –

Ləkqalım!..


Bundanartıq nə olacaq qəlbə nə

Yır-yığışet, köçüb sən də gəl, binə!

Buşairin misrasını qəlbinə -

Ək,qalım!..


Bəli,Yaşıl vadi kəndində hər kəsə arzu edəcəyim anlar yaşayıb qayıdırıq otelə. Burdaotel sahibi Gündoğdu və onunla birlikdə olan yaxını Ərhan Koca Yusif məni çayadəvət edir. Biz çay içə-içə burda yaşadığım bu neşə günün xoş ovqatını yenidəntəkrarlayırıq. Və mən təkcə onları deyil, bütün dostlarımı Tanrıya əmanət edibsabahkı yolçuluq üçün otağıma qalxıram. İki-üç saatdan sonra Əhməd gəlib məniterminala-avtovağzala götürəcək. İndidən isə ürəyimdə "salamat qal, Trabzaon!”kəlməsi göyərir.








TƏQVİM / ARXİV