adalet.az header logo
  • Bakı 7°C
16 Oktyabr 2019 11:03
31422
DÜNYA
A- A+

Ərdoğan Putinin dəvətilə Rusiyaya gedir

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Tərəflər telefon söhbətində bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Putin türkiyəli həmkarını yaxın günlərdə Rusiyaya işgüzar səfərə dəvət edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ərdoğanın Rusiyaya səfərini istisna etməyib.

O, jurnalistlərə açıqlamasında bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabr ayının sonuna qədər Rusiyaya səfər edə bilər. Hazırda səfərin dəqiq tarixi razılaşdırılmayıb.