adalet.az header logo
  • Bakı 7°C
16 Oktyabr 2019 10:30
9086
GÜNDƏM
A- A+

Naxçıvanın Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində oktyabr ayının ilk 15 günü ərzində bir sıra qərarlar qəbul edib.

Adalet.az Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 2019-cu il 3 oktyabr tarixli qərarları ilə "Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 sentyabr tarixli 77 nömrəli Qərarında və "Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 8 may tarixli 60 nömrəli Qərarında bir sıra dəyişikliklər edilib.