adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Oktyabr 2019 10:28
21017
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: YADDAŞSIZLIQ ACISI

Yadımdan
çıxmır kiu , heç
əllərini uzadıb
ovut,
isit dediyin...

əllərim
əllərindən
yaman küsüb
dediyin...

Yadımdan
çıxmır ki, heç
başını
bircə anlıq
çiynimə söykədiyin...
əlimi
bərk - bərk sıxıb
uşaq tək
kövrəldiyin...

yadımdan
çıxmır ki, heç
canım, səni...
və susub
sonun demədiyin söz...

mənim
bu pıçıltıdan
içimdə qorranan köz...

yadımdan
çıxmır ki, heç
məhəbbət evi olan
ürəyimi yardığın...
sənin bütün varlığın...

yadımdan
çıxmır ki, heç
özünlə
açıq - aşkar
ruhumu apardığın...

yadımdan
çıxmır ki, heç
yaddaşmı qalıb məndə?..
cismim
köç edibdi, köç -
yaddaşım qalıb səndə!..