BARIŞ PINARI - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
41577 | 2019-10-11 13:25

"İnsanların әn fәnası birinә ayrı, digәrinә dә ayrı görünәn insandır.

Mәhәmmәd Peyğәmbәr”



Türkiyә uzun illәrdir, 1970-ci illәrdәn bәri terror bәlası ilә üz-üzә olub vә indiyә kimi ölkәnin bir trilyon dolları, yәni Türk xalqının qazancı terrora xәrclәnib. Bu terrorçular kimdir bәs!? Guya özünә kürd deyәn vә kürdlәrin hüququndan müdafiә etdiyini söylәyәnlәr. Bunların dәstәkçilәri kimlәrdir bәs!? İngiltәrә, Fransa, Rusiya, Almaniya, ABŞ, yәni qәrbin vә şәrqin imperialistlәri.

Bu ölkәlәr kәlmә başı terrora qarşı olduqlarını, insan hüquqlarına hörmәt bәslәdiklәrini yüksәk sәslә dilә gәtirirlәr.

Fransanın paytaxtdı Parisdә İslam dininә nifrәtlә yanaşan vә həz. Mәhәmmәdi lağa qoyan karikaturalar çәkәn Charlie Hebdo jurnalına basqın verildiyindә Fransa vәtәndaşları qәtlә yetirildi. Avropa ölkәlәrini dövlәt rәhbәrlәri, nazirlәri, millәt vәkillәri, yüksәk sәviyyәli şәxsiyyәtlәri Parisdә yığışıb qol-qola girib terroru lәnәtlәdilәr. Türkiyәnin baş naziri dә hәmin o etiraz hәrәkatında iştirak etdi, çünki biz Yaradanı yaradılandan ötrü sevәn bir xarakterә malik millәtik. 16 Mart 2019 günü Yeni Zelandiyada mәsçidә bir faşist tәrәfindәn çәkilәn hücumda onlarla insan qәtlә yetirildi. Avropalı dövlәt xadimlәri sadәcә olaraq tәziyә mesajı yayımladılar. Bu iki olaya bizim vә qәrbin göstәrdiyi hәssasiyyәt onların vә bizim insana, insanlığa baxışımızı göstәrir.

Qәrblilәr yüzillәrdir kürdlәr üstündә iş aparıb onları xüsusilә Türkiyә әleyhindә itildib. Başda Amerika olmaqla bütün qәrb dünyası terrora qarşı olduqlarını söylәyirlәr. Ancaq yarım yüzildir Türkiyәni qana boyayan terror qarşısında sadәcә olaraq, "Türkiyәnin qayğılarını başa düşürük” cümlәsini dillәrinә gәtiriblәr. Aradan qısa müddәt keçdikdәn sonra da kürd adı qoyulmuş beynәlxalq terrorçuları silah sürsatla dәstәklәyiblәr, dәstәklәyirlәr. Yaxşı Kürd kimdir bәs?! Gәlin bunu tarix elminә vә arxeoloji tapıntılara soraq görәk nә deyirlәr.

Prof Dr. İbrahim Kafesoğlu: "Kürdlәr Türklә­rin iqlim şәrtlәrinə görә ad almış bir boyudur” deyib.

Kürdlәrin mәnşәyi haqda xüsusilә elmә zidd olan vә missionerlik iyi verәn fikirlәr irәli sürülüb. 1. Kardu, Xaldi vә gürcülәrlә etnik yönden yaxınlıqları olduğu vә mәhәlli bir etnik soy yaratdıqları; 2. Fars köklü olduqları; 3. Әrәb köklü olduqları; 4. Orta Asiyadan köç etmiş bir boy olduqları vә s.

Әrәb tarixçisi Mәsudî, kürdlәrin zalım Zöhhaqın әlindәn xilas olmuş fars köklü bir xalq olduğunu yazıb. Kürdlәrin tarixi Şәrәfnamәyә görә isә kürdlәr, Cәn soyundandır, doğma yurdları da Şәrqi Türküstandır. Son illәrdәki obyәktiv elmi araşdırmalar Kürdlәrin Türk soylu olduğunu sübut edib. Qәrblilәrin insaflı olanları da kürdlәrin türk soylu olduğunu başda Ferdinand Bichhler olmaqla qәbul etmәyә başlayıbdır.

Hüseyin Namık Orkunun "Әski Türk Yazıtları” adlı әsәrindә Güney Sibirdә Әlәgәş çayı sahilindә tapılan rünik әlifba ilә yazılmış kitabәdә bu sözlәr yazılıb;

"Bars ilindә әr, ölkәm uğrunda әsgәr olub adamların, ayaqqabım yox.. Ac (olduğunu) bildikdә bir (dәnә) yolladığımda sәkkiz adam әr idim. Avam xalqım, gәlin bizә qoşulun. Ölkәnin törәsini tәrk etmәyin. Nә çarә; siz, ölkәm, xanım. Urunqu Körüğ Tok hâkim tәrkinә (?) xanım bәg olduğun üçün mәn әr, Kürt elinin xanı Alp Urunqu altunlu oxluğumu bağladım beldә. Ölkәm. Otuz doqquz yaşımda xanım! Elimә, sizlәrimә nә çarә doya bilmәdim. Xanım, elimә nә çârә ayrıldım”.

Bugünkü kürd probleminin özülü isә Birinci Dünya Müharibәsi әsnasında qoyulub. Әrәbistan yarımadasını әlә keçirәn İngiltәrә Osmanlıya qarşı üsyan etdirdiyi Mәkkә Şәrifi Hüseyni dәstәklәyәrәk İraq vә Fәlәstin torpaqlarında özlәrinin nәzarәtindә bir әrәb dövlәti qurmaq istәyirdi. Şәrif Hüseynlә Britaniyanın Misirdәki yüksәk sәviyyәli komandiri Mc. Mahon arasında gizli bir saziş imzalanır. Fransa bunu xәbәr alır vә Britaniyaya tәzyiq edәrәk özlәrinin dә Osmanlı torpaqlarından pay alacağı yeni bir sazişin imzalanmasını istәyir. İlkin görüşlәr Beyrutda Fransız konsulluğunda 1915-ci ildә olur. Fransanın London sәfirliyindәki siyasi mәşvәrәtçisi François Georges Picot ilә Britaniya dövlәtinin xarici işlәr müstәşarı Sir Harold Nicolson arasında hәmin ilin noyabr ayında bu haqda müzakirәlәr aparılır vә nәticәdә Suriyanin gәlәcәk statusu ilә bağlı ixtilaf yaranır, iki dövlәt arasında razılıq әldә edilә bilmir. Dekabr ayında Britaniyanın Hәrbi naziri Lord Kitchenerin Orta Şәrqdәki müşaviri vә millәt vәkili olan yarbay (polkovnik-leytenant) Sir Mayks Sykes bu işi hәll etmәk üzrә vәzifәlәndirilir. Picot ilә Sykes 1916-cı ilin yanvar ayında oturub işlәyirlәr vә razılaşdıqları planı dövlәtlәrinә tәqdim edirlәr, hәr iki dövlәt dә bunu tәsdiqlәyir. Bu iki şәxs Rusiyaya gedәrәk xarici işlәr naziri Sergey Sazanova hәmin planı tәqdim edirlәr vә Sazanov bu planı qәbul etmәklә yanaşı, Rusiyanın Şәrqi Anadoludakı müәyyәn әrazilәrlә Qara dәnizdәki rus hakimiyyәtinin dә sazişә daxil edilmәsini tәlәb edir. Nәhayәt, 1916-cı ilin oktyabr ayında saziş sonuncu şәklini alır. Buna görә:

Rusiyaya,Trabzon,Әrzurum,VanvәBitlisilә Cәnub Şәrqi Anadolunun bir hissәsi,

Fransaya, Şәrqi Ağdәniz bölgәsinin Adana, Antәp, Urfa, Mardin, Diyarbәkir, Mosul vә Suriyanin sәrhәd mәntәqәlәri;

Britaniyaya Hayfa vә Akka limanları, Bağdadla Bәsra, Cәnubi Mesopotamiya düşür.

Dördüncü maddәyә görә Fransa ilә Britaniyanın әlә keçirdiyi torpaqlarda әrәb dövlәtlәri

konfederasiyası, ya da Fransa ilә İngiltәrәnin nәzarәtindә olacaq bir әrәb dövlәti yaradılacaq;

İsgәndәrin azad limanı olacaq;

Fәlәstin müqәddәs mәkan olmasına görә, onu idarә edәcәk uluslararası bir qurum yaradılacaqdır.

1917-ci ildә bolşeviklәr hakimiyyәtә gәldikdәn sonra Lev Trotski bu gizli sazişin bir surәtini hәmin ilin noyabr ayının 24-cü günü "İzvestiya” qәzetindә çap etdirir vә dünya bundan xәbәrdar olur.

Nәticә olaraq, PKK/YPG adlı terror tәşkilatının yaradıcısı da, tәşkilatçısı da, hamisi dә başda öncәlәri İngiltәrә, Fransa, Almaniya, İtaliya sonralar Rusiya vә ABŞ olmaqla xristian qәrb dünyasıdır.

Türkiyә uluslararası hüquqdan yaranan özünümüdafiә haqqından istifadә edir vә terroru birdәfәlik qurtarmaq әzm vә qәrarındadır. Heç bir dövlәt bu hüququmuzdan әl çәkmәmizi istәyә bilmәz. ABŞ okeanın o tayından durub 15 min kilometr uzağa gәlib İraqı, Suriyanı işğal edirsә, Türkiyәnin dә sәrhәdlәrini terror keçidlәrinә bağlamaq hüququ vardır.

Hamı bilmәlidir ki, Türkiyә dünyanın әn güçlü vә qüdrәtli dövlәtlәrindәn biridir. Türk millәtinin "öldü” dediyi anda sәrhәdlәrindә günәş batmayan vә dünyanın әn qüdrәtli, müasir texnoloji mәhsulu silahlarına malik dövlәtinin şәrәfini Çanaqqalanın mavi sularına qәrq etdiyi unudulmasın. Türkiyә 300 milyonluq Türk dünyasının ümid qapısıdır, qiblәsidir, onu ancaq Tanrı taxtından endirә bilәr.

Barış Pınarı hәrәkatının yeganә mәqsәdi ölkәmizә yönәlmiş terroru axıra çatdırmaq vә Suriyanın torpaq bütövlüyünü tәmin etmәkdir.





TƏQVİM / ARXİV