adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
16 Oktyabr 2019 09:58
30916
DÜNYA
A- A+

Suriyada 637 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi "Barış pınarı” əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat başlayandan indiyədək 637 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı” əməliyyatına başlayıb.