adalet.az header logo
  • Bakı 7°C
15 Oktyabr 2019 17:54
9346
GÜNDƏM
A- A+

Türkiyənin gerçək dostları!

Qərb ölkələri Türkiyənin başlatdığı "Barış Pınarı” hərəkatının əleyhinə açıqlamalar verdiyi bir vaxtda türkdilli dövlətlərdən Ankaraya ciddi dəstək gəldi.

Azərbaycanda baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə Türkiyəyə dəstək bildirildi.

Azərbaycan prezidenti İlham Əliyevin ev sahibliyi keçirilən görüşdə Türkiyə prezidenti R.T.Ərdoğan, Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Soronbay Ceenbekov və Özbəkistan prezidenti Şövkət Mirzoyev iştirak etdi.

Şuranın müşahidəçi üzvü olan Macarıstanın baş naziri Viktor Orban ilə quruma üzv olmasa da fəaliyyətdə dəstək olan Türkmənistanın baş naziri Pürli Ağamuradov da tədbirdə iştirak etdi.

Görüşün sonun qəbul edilən və iştirakçıların imzaladığı bildirişdə bu ifadələr yer aldı:

"Şura Türkiyənin "Barış Pınarı” hərəkatının terrorizmlə mübarizəyə, Suriyanın torpaq bütövlüyünün bərqərar olmasına, suriyalıların terroristlərin zülmündən xilas olmasına və qaçqın düşən suriyalıların güvənli şəkildə ana vətənlərinə qayıtması üçün şəraitin yaradılmasına kömək edəcəyinə inanır və ümid edir”.