adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Oktyabr 2019 15:55
8203
GÜNDƏM
A- A+

Türkiyənin səfirliyinə hücum olub - TƏFƏRRÜAT

"Barış bulağı” əməliyyatına etiraz edən bir qrup şəxs Türkiyənin Finlandiyadakı səfirliyinə hücum edib.

Adalet.az "Anadolu"ya istinadən xəbər verir ki, etirazçılar səfirliyin binasının şüşələrini qırıblar.

"Paytaxt Helsinkidə 250 nəfərlik qrup Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış bulağı" əməliyyatına qarşı etiraz edib. Onlar səfirliklərin yerləşdiyi Kaivopuisto küçəsinə doğru irəliləyərək Türkiyə səfirliyinin binasına hücum ediblər. Hücum zamanı binanın dörd şüşəsi qırılıb, səfirliyə sərt əşyalar atılıb", - deyə məlumatda bildirilib.

Şikayət əsasında polis tərəfindən bir nəfər saxlanılıb.