adalet.az header logo
  • Bakı 7°C
16 Oktyabr 2019 17:00
11786
GÜNDƏM
A- A+

Aqil ABBAS: «SİZİN ƏSGƏR SALAMINIZA QURBAN OLALIM»

Futbol üzrə Avropa çempionatının seçmə oyunlarında Türkiyə Fransanın qonağı oldu. Hər iki komanda gözəl oynadı, ləzzətli bir futbol izlədik. Futboldu da, udmaq da var, uduzmaq da. Təbii ki, Türkiyə uduzsaydı çox pərişan olacaqdıq. Amma futbol mehmetcikləri bu acını bizə yaşatmadı. Vurduqları qolla ürəyimizə su səpdilər. Alqışlayırıq.

Və Albaniya ilə oyundan sonrakı kimi türk azarkeşlərinin önünə gələrək onları əsgər salamı ilə salamladılar. Təbii ki, bu əsgər salamını «Barış pınarı» hərəkatını həyata keçirən mehmetciklərə həsr etdilər. Əsgər salamı ilə onlara dua etdilər.

Gün gələcək biz də Qarabağı azad edəcək Azərbaycan əsgərlərini bax, beləcə əsgər salamı ilə salamlayacağıq.

Yaşa, Türkiyə!

Ən böyük bizik, başqa böyük yox!