adalet.az header logo
  • Bakı 7°C
15 Oktyabr 2019 14:58
8029
GÜNDƏM
A- A+

Xidmətdə fərqlənmiş sərhədçilər təltif olundu

Dövlət sərhədinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilər təltif olunub.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əməliyyatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi "Sərhəddə fərqlənməyə görə” medalı ilə, 4 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif ediliblər.

Medalları DSX-nin rəisi general-polkovnik Elçin Quliyev sərhədçilərə təqdim edib.