Aqil ABBAS: MUSTAFA AKINÇIYA TÜRK DEMƏK OLARMI?

AQİL ABBAS
43854 | 2019-10-16 18:00

Bir neçə dəfə Kiprdə olmuşam və hər dəfə də şəhid məzarlıqlarını ziyarət etmişəm. Ermənilər Xocalıda hansı soyqırımı törədiblərsə, yunanlar da faşistcəsinə Kiprdə türklərə qarşı elə soyqırımlar törədiblər.Bütöv-bütöv kəndləri sakinləri ilə birlikdə cocuq, qadın, qarı, ağsaqqaldemədən yandırıblar.

Həmin şəhid qəbiristanlıqlarının birində bütün ailəsi – xanımı, beş balasıilə birlikdə yandırılan bir insan bağbanlıq edir, qulluq edir, özü də təmənnasız, dövlətdən heç bir məvacib almadan. 7-8 səhifəlik də bir kitab yazıb həmin kəndin yandırılmasından, şəkilləri ilə . Ziyarətəgələnlərə paylayır.

1974-cü ildə Türkiyə Kiprdə barış hərəkatına başlamasaydı indi bu ölkədə bircənəfər də türkə rast gələ bilməzdiz. TürkiyəKipr türklərini yunan faşizmindənxilas elədi. Və indi Şimali Kipr cənnətbölgəyə çevrilib.

Bu günlərdə «Barış pınarı» hərəkatına başlayan Türkiyə və bu hərəkatla Suriyada yaşayan ərəbləri də, türkləridə, kürdləri də terrorizmdən, məhv olmaqdan xilas edir. Və ABŞ başda olmaqla Avropanın və dünyanın yuxaqulağısulayan ölkələri qardaş Türkiyənin «Barış pınarı» hərəkatına qarşı çıxır.Qazaxıstan, Azərbaycan və Qətər Türkiyənin yanındadı. Allahın Fələstini də Türkiyəyə qarşıhoppanıb-düşür. Onları birtəhər başa düşmək olar, yuxaqulağısulayanları.

Qəribəsi budur ki, Şimali Kipr TürkCümhuriyyətinin cümhur başkanı Mustafa Akınçı «Barış pınarı» hərəkatına qarşı çıxdı. Çox haqlıolaraq da sayın Ərdoğan da onu həddinibilməz adlandırdı.

Nəsli-nəcabəti və elə özü Türkiyənin hesabınasağ qalan və Türkiyənin hesabına yaşayanbu adamın Türkiyəyə qarşı çıxmasıFələstinin qardaş ölkəyə vurduğu xəncərdən də ağır xəncərdi.

Və təbii ki, Kipr türkləri onun kimifikirləşmir. Güman ki, yaxın günlərdəxalq onu istefaya göndərəcək.

Ümumiyyətlə, bir söz deyim, Kiprinvə Kipr türklərinin cümhurbaşkanlığı baxımından ölkənin qurucusu Rauf Denktaştansonra bəxti heç gətirmir.

Gərək Rauf bəyin oğlu Sərdar Denktaşyenidən əlini siyasətə bulasın.


TƏQVİM / ARXİV