nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Aqil ABBAS: MUSTAFA AKINÇIYA TÜRK DEMƏK OLARMI? Adalet.az | Aqil ABBAS: MUSTAFA AKINÇIYA TÜRK DEMƏK OLARMI? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: MUSTAFA AKINÇIYA TÜRK DEMƏK OLARMI?

6995    |   2019-10-16 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir neçə dəfə Kiprdə olmuşam və hər dəfə də şəhid məzarlıqlarını ziyarət etmişəm. Ermənilər Xocalıda hansı soyqırımı törədiblərsə, yunanlar da faşistcəsinə Kiprdə türklərə qarşı elə soyqırımlar törədiblər. Bütöv-bütöv kəndləri sakinləri ilə birlikdə cocuq, qadın, qarı, ağsaqqal demədən yandırıblar.

Həmin şəhid qəbiristanlıqlarının birində bütün ailəsi – xanımı, beş balası ilə birlikdə yandırılan bir insan bağbanlıq edir, qulluq edir, özü də təmənnasız, dövlətdən heç bir məvacib almadan. 7-8 səhifəlik də bir kitab yazıb həmin kəndin yandırılmasından, şəkilləri ilə . Ziyarətə gələnlərə paylayır.

1974-cü ildə Türkiyə Kiprdə barış hərəkatına başlamasaydı indi bu ölkədə bircə nəfər də türkə rast gələ bilməzdiz. Türkiyə Kipr türklərini yunan faşizmindən xilas elədi. Və indi Şimali Kipr cənnət bölgəyə çevrilib.

Bu günlərdə «Barış pınarı» hərəkatına başlayan Türkiyə və bu hərəkatla Suriyada yaşayan ərəbləri də, türkləri də, kürdləri də terrorizmdən, məhv olmaqdan xilas edir. Və ABŞ başda olmaqla Avropanın və dünyanın yuxaqulağısulayan ölkələri qardaş Türkiyənin «Barış pınarı» hərəkatına qarşı çıxır. Qazaxıstan, Azərbaycan və Qətər Türkiyənin yanındadı. Allahın Fələstini də Türkiyəyə qarşı hoppanıb-düşür. Onları birtəhər başa düşmək olar, yuxaqulağısulayanları.

Qəribəsi budur ki, Şimali Kipr Türk Cümhuriyyətinin cümhur başkanı Mustafa Akınçı «Barış pınarı» hərəkatına qarşı çıxdı. Çox haqlı olaraq da sayın Ərdoğan da onu həddini bilməz adlandırdı.

Nəsli-nəcabəti və elə özü Türkiyənin hesabına sağ qalan və Türkiyənin hesabına yaşayan bu adamın Türkiyəyə qarşı çıxması Fələstinin qardaş ölkəyə vurduğu xəncərdən də ağır xəncərdi.

Və təbii ki, Kipr türkləri onun kimi fikirləşmir. Güman ki, yaxın günlərdə xalq onu istefaya göndərəcək.

Ümumiyyətlə, bir söz deyim, Kiprin və Kipr türklərinin cümhurbaşkanlığı baxımından ölkənin qurucusu Rauf Denktaştan sonra bəxti heç gətirmir.

Gərək Rauf bəyin oğlu Sərdar Denktaş yenidən əlini siyasətə bulasın.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-04
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK