adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Oktyabr 2019 14:47
20541
SİYASƏT
A- A+

“Qarabağ probleminin həlli üçün əlimizdən gələni edəcəyik” - Ərdoğan

"Bir-birimizin yanında olmaq qardaşlığımızın tələbidir”.

Bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Azərbaycanın öz torpağı Dağlıq Qarabağ və ətrafının Ermənistanın işğalı altında olması 1 milyon qardaşımızı evlərindən, yurdlarından uzaqda qaçqın olaraq yaşamaq məcburiyyətində qoyub. BMT Baş Assambleyasındakı çıxışımda da vurğuladığım kimi bu, qəbuledilməzdir. Dağlıq Qarabağ probleminin ən qısa zamanda sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.