İmişlidə ağır qəzada bir nəfər öldü
İmişli rayonunun Xubyarlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 14-də saat 9 radələrində İmişli rayonunun Xubyarlı kəndi ərazisində şəhər sakini R.Məmmədovun idarə etdiyi "VAZ-2106” və Kürdəmir rayon sakini Y.Dünyamalıyevin idarə etdiyi "Hyundai” markalı yük avtomobilləri toqquşub.
Nəticədə R.Məmmədovun sərnişini, kənd sakini Hafiz Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
18 Mart 2024 17:49
Bərdədə azyaşlını it dişləyib
18 Mart 2024 13:12Martın 20-də geomaqnit qasırğası gözlənilir
18 Mart 2024 11:39Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşdi
18 Mart 2024 10:156-cı sinif şagirdi dünyasını dəyişdi
18 Mart 2024 09:52