adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Oktyabr 2019 14:14
45405
SİYASƏT
A- A+

Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilib - YENİLƏNİB

Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib.

Əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdirdilər. Azərbaycan RespublikasınınPrezidentiİlham ƏliyevZirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamladı.

Sonra Qırğız RespublikasınınPrezidenti Sooronbay Jeenbekov çıxış etdi.Prezidentçıxışında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyin Azərbaycana keçdiyini dedi.

Prezidentİlham ƏliyevZirvə Görüşündə çıxış etdi.

Sonra dövlətimizin başçısı "Türk dünyasının Ali Ordeni”niQazaxıstan Respublikasının birinciPrezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədriNursultan Nazarbayevə təqdim etdi.

Zirvə GörüşündəQazaxıstan Respublikasının birinciPrezidentiNursultan Nazarbayev, Türkiyə RespublikasınınPrezidentiRəcəb Tayyib Ərdoğan, Özbəkistan RespublikasınınPrezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş Naziri Viktor Orban, Türkmənistan Baş Nazirinin müavini Purli Aqamuradov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev çıxış etdilər.

Sonra növbəti Zirvə Görüşünün Türkiyə Respublikasında keçirilməsi qərara alındı.

Daha sonra sənədlərin imzalanması mərasimi oldu.

AzərbaycanPrezidentiİlham ƏliyevTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə yekun vurdu.

***

Oktyabrın 15-dəBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilir.
Azvision.azxəbər verir ki, əvvəlcə dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Azərbaycan RespublikasınınPrezidentiİlham ƏliyevZirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.

***
Bu günBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilir.

Azvision.azxəbər verir ki, görüşdə Azərbaycan RespublikasınınPrezidentiİlham Əliyev, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan, ÖzbəkistanPrezidenti Şavkat Mirziyoyev, QırğızıstanPrezidenti Sooronbay Jeenbekov, Macarıstanın Baş Naziri Viktor Orban və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədriNursultan Nazarbayeviştirak edirlər.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası türkdilli ölkələr arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır. Şura 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən sammitdə yaradılıb. Onun fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan,Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.