adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Oktyabr 2019 10:06
28213
DÜNYA
A- A+

“Barış pınarı”nda 595 terrorçu zərərsizləşdirilib

Türkiyənin Suriyanın şimalında keçirdiyi "Barış pınarı” əməliyyatında 595 terrorçu zərərsizləşdirilib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Tvitter” səhifəsində məlumat verilib. Nazirlik bəyan edib ki, əməliyyat başlayandan bu günə qədər 595 PKK / PYD-YPG terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında "Barış pınarı” əməliyyatına başlayıb.