Əli Həsənov: Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir
Azərbaycan dövləti Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” Bakı beynəlxalq media konfransında deyib.
Ə.Həsənov bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı olub:
"Mənim də bununla bağlı ayrıca şərhim olub. Azərbaycan dövləti bütün haqq işində, sülh istiqamətindəki bütün tədbirlərdə Türkiyənin yanındadır, dəstəkləyir və dəstəkləməkdə davam edəcək”.
Ə.Həsənov bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin təməli sağlam qoyulub: "Ulu öndər Atatürk tərəfindən zamanında bəyan olunan "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilən "bir millət, iki dövlət” formulu bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət göstərir. Tək millətin iki mətbuatı ola bilməz, tək millətin iki diasporu ola bilməz. Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik və beynəlxalq aləmdə bizə tuşlanan güclərə qarşı birgə müqavimət göstərməkdə davam etməliyik”.
Digər Xəbərlər
29 Mart 2024 11:15
Spiker İsveç səfərindən DANIŞDI
29 Mart 2024 11:01Milli Məclisin iclası başladı: 21 məsələ müzakirə olunacaq
28 Mart 2024 20:51Azərbaycana qarşı informasiya təxribatı davam edir - Ülvi Quliyev yazır...
28 Mart 2024 19:22"Şuşa İƏT Gənclər Paytaxtı - 2024"ün keçirilməsinə dair öhdəlik protokolu imzalandı
28 Mart 2024 19:14