adalet.az header logo
  • Bakı 7°C
15 Oktyabr 2019 09:38
44900
İDMAN
A- A+

MİLLİLƏRİMİZ ALLAHIN ÜMİDİNƏ OYNAYIRLAR

Macarıstanda vurduğumuz halal qolu namərdcəsinə saymadılar, oyundan sonra da eşşək oğlu eşşək hakim komandamızdan üzr istəyir. Tahir Süleymanov bu barədə gözəl bir açıqlama verib, qəzetimizdə oxuya bilərsiz.

Söhbət sayılmayan qoldan getmir, uşaqlar kişi kimi oynadılar. Düzdür, Eddi İsrafilov meydana niyə çıxmşdı, nəinki biz, heç özü də bilmirdi. Eybi yox, öyrənər.

Məsələ nədir. Bir köhnə lətifə var.

Rəsul Quliyevlə Etibar Məmmədov Londonda ikimərtəbəli avtobusda gedirlər. Rəsul birinci mərtəbədə oturur, Etibar ikidə.

Etibar bəy yuxarıdan aşağı səslənir:

- Rəsul bəy, sizin sürücünüz var?

- Var.

Etibar bəy:

- Bizim sürücü yoxdu, Allah ümidinə gedirik.

İndi milli komandamızın sürücüsü (yəni məşqçisi) yoxdu, uşaqlar Allah ümidinə oynayırlar.