“Özbəkistan Türk Şurasına üzv olmaqla tarixi addım atdı” - Çavuşoğlu
Özbəkistan Türk dünyasının önəmli ölkərindən biridir.
Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türk Şurası XİN rəhbərlərinin Bakıda keçirilən görüşündə deyib.
"Özbəkistanın Türk Şurasına üzv olması tarixi addımdır. Bu ölkənin təşkilata üzvlüyü Türk Şurasını gücləndirəcək. Biz Türkiyə və türk milləti olaraq bu addıma sevinirik", - deyə Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir. İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Qazaxıstan xarici işlər naziri Muxtar Tlueberdi, Qırğızıstan xarici işlər naziri Çingiz Ayderbekov, Özbəkistan xarici işlər naziri Abdulaziz Kamilov, Macarıstan xarici işlər naziri Peter Siyyarto iştirak edirlər.
Türk Şurasının yaradılmasının 10-cu ildönümünə təsadüf edən tədbir həm də Özbəkistanın quruma üzv olması ilə əlamətdardır.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir.
Digər Xəbərlər
28 Mart 2024 19:49
"ABŞ terrorla bağlı Rusiyanı qabaqcadan məlumatlandırıb" - Kirbi
28 Mart 2024 19:29"Crocus"dakı terrorla bağlı daha bir nəfər SAXLANILDI
28 Mart 2024 19:03Rusiya "Crocus"dakı terrorda Ukraynanın əli olduğunu ELAN ETDİ
28 Mart 2024 18:34Türkiyə 38 terrorçunu zərərsizləşdirdi
28 Mart 2024 18:15