adalet.az header logo
  • Bakı 7°C
13 Oktyabr 2019 14:05
24392
DÜNYA
A- A+

ABŞ ordusu Suriya ərazisini tərk edir - Qorxu, yoxsa ...?

"ABŞ qoşunları Suriyada Türkiyə-Suriya sərhədinin təhlükəsizliyini təmin etmək üçün qalmamalıdır, onlar getməlidir".

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Vaşinqtonda mühafizəkar siyasətçilərin konfranslarına çıxış edərkən bildirib.

"İndi Türkiyə ilə sərhəd boyu 30 kilometr enində sərhəd zonası var. Kürdlər gedirlər və bu yaxşıdır, qoy onların öz sərhədləri olsun. Amma mən düşünmürəm ki, bizim əsgərlərimiz Türkiyə və Suriya arasında sərhədi qorumaq üçün orada daha 50 il qalmalıdır. Biz öz sərhədimizin təhlükəsizliyini təmin edə bilmirik", - deyə Tramp ABŞ-ın cənub sərhədlərində qeyri-leqal miqrantlara qarşı mübarizədə yaranmış böhranı nəzərdə tutaraq bildirib.

ABŞ rəhbəri bildirib ki, Birləşmiş Ştatlar İŞİD-ə qalib gəlib. "Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, biz evə qayıtmalıyıq", - Tramp əlavə edib.