London polisi 63 yaşlı Belçika şahzadəsini saxlayıb
London polisi Trafalqar meydanında ekoloji etirazda iştirak edən Belçika şahzadəsi Esmeraldanı saxlayıb.
"Report” xəbər verir ki, bu barədə "The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, 63 yaşlı şahzadə beş saat polis idarəsində saxlanılıb və ona qarşı hər hansı bir ittiham sürülmədən sərbəst buraxılıb.
Qeyd olunub ki, şahzadə qlobal istiləşmə ilə mübarizə aparan ekoloji hərəkatın oturma aksiyasında iştirak edib.
İngiltərə polisi artıq şəhərin mərkəzində ekoloji fəlakətə qarşı etiraz aksiyası keçirən 1100-dən çox insanı saxlayıb. Onlar paytaxtın hər yerində, o cümlədən Trafalqar meydanında əsas yolları bağlayaraq düşərgələr qurublar.
Digər Xəbərlər
28 Mart 2024 19:49
"ABŞ terrorla bağlı Rusiyanı qabaqcadan məlumatlandırıb" - Kirbi
28 Mart 2024 19:29"Crocus"dakı terrorla bağlı daha bir nəfər SAXLANILDI
28 Mart 2024 19:03Rusiya "Crocus"dakı terrorda Ukraynanın əli olduğunu ELAN ETDİ
28 Mart 2024 18:34Türkiyə 38 terrorçunu zərərsizləşdirdi
28 Mart 2024 18:15