adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Oktyabr 2019 11:10
19774
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SEVGİ FRAQMENTİ

Varlığım sənə əsəb
Bir az da göz ağrısı...
Bitər gülüm, bu əzab -
Tez bitər ... döz, ağrısı!..

Getmir , uzağa getmir,
Ahım Allaha yetmir!
Demə mənə fərq etmir -
Söz, ya da köz ağrısı...

Hava dərddən bürküdü
Yanan ruhun tüküdü...
Min dəvənin yüküdü -
Hər kəsə öz ağrısı!..

Bu son... bu da . duracaq
Qan başıma vuracaq!
Ölüncə yandıracaq -
Keçənki söz ağrısı!