adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Oktyabr 2019 11:06
10067
MƏMLƏKƏT
A- A+

Baş prokurorun birinci müavini Şəkidə vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il oktyabrın 18-də saat 10:00-da Şəki rayon prokurorluğunun inzibati binasında Şəki və Qax rayon sakinlərinin qəbulunu keçirəcək.

Prokurorluqdan bildirilib ki, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şəki rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.