Əbülfət MƏDƏTOĞLU: GÖRÜŞÜNƏ TƏLƏSDİKLƏRİM...

ƏBÜLFƏT MƏDƏTOĞLU
47885 | 2019-10-15 09:47

Əvvəli burada

Axşamnaharından sonra camiyə gəldik. Artıq burada köhnə dostların əksəriyyəti çay içə-içəsöhbətləşir, bir-birlərindən, həyatlarından xəbər tuturdular. Yeri gəlmişkən,bir məqamı xüsusi qeyd etməliyəm. Trabzonda olarkən bir elanın camilərdən xüsusi diqtə və avazla edildiyinidəfələrlə müşahidə etmişdim. Və bu da mənə keçmiş zamanlarda Azərbaycan kəndlərindədə çaparların olmasını xatırlatmışdı. Doğrudur, biz bunu türk filmlərində dəgörmüşük. Dumbul çalanlar məhəllə-məhəllə gəzib sultanın fərmanını əhaliyəatdırırdı. Bizdə isə adətən toy xəbərlərini bir növü dəvət kimi çaparlar ev-evgəzib bildirərdilər. Burada isə dünyasını dəyişən oldusa, onu camidə elan edirlər.Adını, soyadını, mərasimin yerini mütləq vurğulayırlar. İkinci müşahidə etdiyimməqam isə bu adamların özləri özlərində ovqat yaratmalarıdır. Onlar ən adi birdetaldan istifadə etməklə şənlənməyi bacarırlar. Məsələn, dul qalmış yaşlı birkişinin könlünü xoş etmək üçün hərə bir sözlə onu söhbətə çəkir. Kimi dulqaynanasını təklif edir, kimi xalasını, kimi hansısa kənddə yaşayan başsız birqadını, hətta məni də söhbətə qatıb dəfələrlə rica edirlər ki, qəzetində birelan ver ki, filan yaşlı, malı-mülkü, evi, parası, sığortası, təqaüdü olan birkişi bekarsı. Yəni duldu. Ona uyğun zövcə axtarırıq!

Bax, buda adamların qaramatdan çıxmaq, yorğunluğu rahatsızlığı, sıxıntını özündənqovmaq üçün edilən təşəbbüslərdi. Zənnimcə, bunun bir damarı da bu insanlarınbir-birinə dayaq durmasından, həmrəy olmasından qaynaqlanır.


Bəli,artıq axşamdan Əhməd qardaşım doktorumla telefon bağlantısı qurmuşdu. Sabahprofessor Mustafa Gökçənin "anju və əməliyyat” günü olsa da, o məni ertədən qəbuletməyə söz verdi . Biz səhər saat 9-daartıq xəstəxanada idik. Adətən həftənin bir günü yalnız anju və əməliyyatla məşğulolan Mustafa hoca söylədiyi vaxtda məni qəbul etdi. Oxucularıma xatırlatmaq istəyirəmki, həmişə üzündə təbəssüm gördüyüm və bir kəlməsilə adamda müsbət aura yaradanMustafa Gökçə son dərəcə coşqulu, qaynar bir adamdı. Mən bir dəfə də olsun həttaonun yorğun halında belə xəstəni şən ovqatla, təbəssümlə qarşılamdığını görməmişəm.Dəhlizdə addımlayarkən nə qədər qayğılı olsa da, hər kəslə salamlaşıb halınısoruşur. Otağında isə tamam fərqli, nurlu bir adama çevrilir. 



Ona görə də şəxsənmənimlə görüşlərində onun təkcə həkim-xəstə yox, həm də həkimin, ziyalınınbaşqa bir söz adamıyla doğma münasibətinin şahidi oluram. O, böyük sayğı vəsevgiylə hal-əhval tutur. Elənarazılığını da o cür bildirir . Bu dəfə də müayinələr təyin etdi. Gününsonunda həmin müayinələrin nəticələrin ilə bərabər məni yenidən qəbul edib təbəssümlü,amma kəskin bir şəkildə təyinatlara əməl etməyi, göstərişlərə əməl etməyi tələbetdi. Və vurğuladı ki, doktorun təyinatları mütləq yerinə yetirilməlidir ki,digər fəsadlar ortaya çıxmasın. Mən bu haqlı iradın qarşısında sadəcə susdum. Vəindi də düşünürəm ki, doktorum həqiqətən çox haqlıdır, amma mənim də özəlyaşantılarım öz işini görməkdədir.



Trabzondabir gündə həkimlərin qəbuluna düşmək Əhməd qardaşımın yaxın qohumu Hüseyn doktorunköməyi olmadan mümkün deyil. Bu insan mənim hər səfərimdə az qala xəstələrini"unudub” qısa bir zamanda hər kəslə bağlantı qurur. Özü şəxsən mənim üçünyazılmış müayinələrin olacağı kabinetlərin qapısını döyür. Onlardan məni naharfasilələrində, işdən sonra, bəzən də növbədənkənar qəbul etmələrini rica edir.Məhz Hüseynin sayəsində Trabzonda vaxt itkisindən, yəni xəstəxana dəhlizlərindəgözləmələrdən azad ola bilirəm. Bu dəfə də o yardımını məndən əsirgəmədi. Allahköməyi olsun!



Ertəsigün səhər yeməyindən sonra Əhməd qardaşım kəndə getməyi təklif etdi. O istiqamətdəheç olmamışdım. Məmnuniyyətlə razılaşdım. Yalnız yolda bildim ki, Əhmədinuşaqlıq dostlarından birinin atası rəhmətə gedib. Onun dəfnində iştirak etməkistəyir. Biz kəndə yaxınlaşdıqca xəyal məni Ağdərəyə, Kəlbəcərə, Laçına,Şuşaya, Tuğa aparırdı. Kəndin adı da qəribə idi:

- ATASU!

Inaninki, kəndin içərisinə daxil olanda özümü saxlaya bilmədim. Əhməddən rica etdimki, maşını durdursun. O, belə də etdi. Düşüb piyada kəndi dolaşmağa başladım.Bir yerdə ağlamaqdan özümü tuta bilmədim. Kəndimizin mənzərəsi idi. Döşəndimyaşı otların üstünə. Yalnız sonra Əhməd Varolun məni kənardan izləyə-izləyə çəkdiyişəkillərə baxanda hansı durumda olduğumu təkrar anladım. Elə Atasu kəndindəyazmışdım ki:


Suyudamla-damla dumandan əmən

Dağlarda həməndi, dumanda həmən...

Ümiddənöncəki gümandan əmən –

Yerlərəbaxıram gözüm sevinir...


Dolaşırneçə cür fikir başımda

Canlanıriçimdə dağım daşım da!

Qardaş məmləkətdəbax, bu yaşımda –

Qaralmaqistəyən közüm sevinir...


Ruhumqanadlanır, qəlbim atlanır

Önümdə dərdçökür, kədər qatlanır!

Canım təpərlənirvə inadlanır –

Ayaqdasaxlayan dözüm sevinir...


Bənzəyirbu yerlər nur pətəyinə

Yetişəruzatsan əl ətəyinə...

Biranlıq dur! – deyib qəm tütəyinə -

İstədimbağıram – sözüm sevinir...


Nə xoşduziyarət fikir bölənə

Zikrbacarana, zikr bölənə...

Əlimiaçmışam – Şükür! bölənə -

Əbülfət qədər də özüm sevinir...



Bəli,Atasu kəndində bütün həyatımı təkrar yaşadım... bütün uşaqlığımı, gəncliyimianbaan kino lenti kimi izlədim... Və bu kəndin adamlarının da nə qədər halal,mehriban olduqlarını görəndən sonra kəndə ad qoyanın atasına içimdən bir rəhmətduası keçdi. Çünki kəndin qarşı tərəfindən özünü dağdan atan şəlaləyə baxıb, dərəboyu axan çayı izləyib və nəhayət, hər evin həyətinə çəkilmiş su xətlərini, eləcədə yol kənarında olan bulaqları seyr etməmək, ataya və suya ehtiram göstərməməkməncə günah olardı. Biz dəfndən sonra yol boyu xeyli susduq. Əhməd Varol mənixatirələrin əlindən almaq üçün özünəməxsus şəkildə bir təklif etdi:

- Abi, bəlkəsəni türk saunasına aparım. Yorğunluğumuz çıxsın – dedi. Etiraz etmədim. Birneçə dəfə qeyri-adi təklifləri ilə məndə maraq yaradan qardaşımın bu təklifinidərhal qəbul etdim. Çünki bu mənim də ürəyimdən keçmişdi və öncəki səfərlərimdətürk hamamının ləzzətini görmüşdüm.

Türkhamamı

tarixyaşlı

sal qayadaşlı

səkkizdirəkli...

əjdahabiləkli

türk kisəçi

türk əlləriylə

ovurvücudumu

elə ovurki

gözlərimdən

yaşsıçrayır,

canımdanağrı...

türk kisəçi

türk əlləriylə

sanki

birmöcüzə edir

durulayır

içimdətükənmiş

yaşamaqumudumu...


(Ardı var)







TƏQVİM / ARXİV